Avstriya səyahətimdə Linz şəhərinə məni dəvət edən Vüsal Həsənov 1 bütün gününü mənə ayırdı. Bir xeyli gəzdik və tanışma imkanı oldu. Bu yazımda onunla və dediklərilə bağlı yazmağı planlaşdırıram. Vüsal artıq 7 ildir Linz şəhərində yaşayır və fəaliyyət göstərir. Azərbaycanlı kimi onkoloji sahədə məlumatlı və bir o qədər yetərli sertifikat və biliyə sahibdir. Ölkəmiz üçün az sayılacaq mütəxəssis sayılır. Onunla söhbətdən gəldiyim qənaətləri sizlə bölüşmək istərdim:
- Linz şəhərində təxminən 15 ailə yaşayır və zaman zaman görüşülür. Onların arasında Ukraynadan gələn qaçqınlar da var ki, söhbət azərbaycanlılardan gedir, şəhərdə həmyerli sayı bir az artmışdı.
- Vüsal işlədiyi iş mühitindən danışdıqda, yerli avstriyalıların davranışlarında şovinist və soft milliyətçiliyi diqqətə çatdırır. Onların, xaricdən olan üst rəhbərlərə qarşı dözümsüzlüyü və qeyri adekvat davranışları sərgilədiyini hətta üzə deməkdən çəkinmədiklərini söyləmiş oldu.
- Linz şəhərində yerlimiz Ramos ləqəbli Azərbaycan vətəndaşı bərbər olaraq çalışır ki, artıq işi ilə ad qazanıb və fəaliyyətini qurub. Həmyerlilərimizi birləşdirən bir başqa dəyərdir Ramos bir bərbər olaraq.
- Avstriyalıların bir qonşu kimi xüsusilə də yaşlıları mehriban olmadıqlarını, tam tərsi problem yaradan, arroqant, sayqısız və özlərini üstün göstərməyə çalışdıqlarını bildirir. Dahası onların bu davranışlarına orda yaşayan türklərin və digər qeyri millətlərin sükutla cavab verməsi və reaksiya göstərməməsi onları bir az da azğınlaşdırır. Çıxan kiçik mübahisələrdə belə çağrılan polisin onların tərəfindən çıxış etməsi də ayrıca dərddir. Bunu Vüsal onların qayğısız və sevgisiz mühitdə böyüdüklərini bildirir. Elə burada 5-ci başlıqda bunu bir az da açır.
- İş vaxtı yerli avstriyalı intern olan gənc qızın ağladığına şahid olan Vüsal onun niyə ağladığını bir rəhbəri olaraq soruşur. Cavabı sadəcə təəccüb. Dünən 18 yaşı tamam olan qızın doğum günün partisinin səhəri anası çemodanını toplayıb evdən çıxmasını tələb edib. Yaşın 18, həyata atılmalısan. Aşağıda bir küncdə duran çantaslnı göstərən qız hara gedim mən deyə sual edir özünə. Qalacaq yerim yox, bəlli bir pul miqdarı yox. Vağzalamı getsəm? Dahası dostların ya rəfiqələrinlə görüş və qal deyincə, öncədən burda biz görüş günü və saatı almalıyıq. Əks halda heç görüşmək mümkün deyil. burda Termin deyirlər. İch habe keinen Termin! Bu qız 18 yaşında küçəyə atılırsa sabah bu sevgisizlik onun başqalarına qarşı da necə olacağı təsəvvürü yaradır.
- Avstriyada 2 peşə çox hörmətli sayılır: ilk başda həkimlər, daha sonra bank işçiləridir. Həkimləri başa düşmək olur, amma bank işçilərini yox.
Ona işlərində uğurlar arzu edirəm və təkrar birgə səyahəti diləyirəm. Onunla doğrudan maraqlıdır.