Koopetisiya rastıma yenilərdə çıxdı və buna M. Porterin 5 qüvvə modelinin aktuallığı ilə bağlı araşdırmamda rastladım. 90 və 2000-lərdə bizim üçün bu 5 qüvvə modeli əsas götürülürdüsə, günümüzdə aktuallığını qorusa da tam şəkildə rəqabət bazarını sərgiləyə bilmir. Belə ki, platforma iqtisadiyyatı, misal, ebay, amazon, uber və sairə bu modeldə nəzərə alınmayıb. Nəzərə alınmayan başlıqlardan biri də koopetisiyadır ki, onu da izah etməyə çalışacam.
Cooperation (əməkdaşlıq) və competition (rəqabət) sözlərinin birləşməsidir və rəqib şirkətlərin həm rəqabət edib, həm də müəyyən sahələrdə əməkdaşlıq etməsi deməkdir.
Bu yanaşmanı biznes nəzəriyyəsinə ilk dəfə Brandenburger və Nalebuff (1996) daxil edib. Adam Brandenburgeri və Barry Nalebuffu bir az araşdıranda görkəmli universitetlərin professorlarıdır . Brandenburger qapısı bir çoxumuza məlumdur və desəm ki, yəhudi əsilli olduğunu düşünürəm Adamın. Eləcə də Nalebuff soyismi də aşkinazı yəhudilərində geniş yayılmış soyisimdir. Nalevay(doldur) şərqi slav dillərindən gəlir bu soy ismin əvvəli. Hər ikisinə bu termin və özü ilə bağlı geniş araşdırmalarına görə təşəkkür edirəm.
Koopetisiyanın tərif olaraq nə olduğunu bildiyimiz halda, mahiyyətini açaq. Eyni sektorda rəqiblərin bir neçə məsələ və perespektivdə birləşmələri və birgə əməkdaşlıqlarını açıqca görürük. Düşünün ki, Apple və Samsunq bir birinə rəqib olduğu halda, Samsung, Apple-a iPhone üçün ekran və çip komponentləri satır.
Və ya, Chrome və Firefox rəqib brauzerlərdir, lakin Mozilla-nın əsas gəlir mənbəyi Google-un Firefox-a ödədiyi axtarış motoru lisenziya puludur.
Sual edək ki, hansı hallarda rəqiblər dostlaşır?
- müəyyən sahələrdə resursları bölüşə bilər,
2. birgə tədqiqat və inkişaf (R&D) edə bilər,
3. birgə standartlar qura bilər,
4. ümumi infrastruktur istifadə edə bilər.
Tətbiqi ilə, xərclərin azaldılmasını açıqca görürük. Bazar standartlarını da formalaşdıra bilirlər. Bəzi riskləri bölüşmək və sairə.
Rəqiblərin və düşmənlərin birləşməsi günümüzdə güclü şəkildə hiss olunur və anlaşılan odur ki, əks halda birləşməsələr geridən gələnlər onlara ciddi təhlükələr törədə bilərlər. Yeri gələndə birləşin…


