Istəmək xoşbəxtliklə səhv salınmasın! Anhedoniya, zövqün ölməsin!

Istəyin əhəmiyyəti başlığında gəldiyim fikirlərdən biri də budur ki, xoşbəxtliklə istəməyi qarışdırmamalıyıq. Qarışdırılarsa, çox hallarda hüsran yaşayarıq. Eyni zamanda istəməkdən də əl çəkməməliyik, əks halda xoşbəxtliyə gedən yolu, özünəzarəti də təmin edə bilmərik. İstəməyi biz Adamda, 33 yaşlı eroin və içki aludəçisi olan şəxsdə də görə bilərik ki, polisdən qaçmaq üçün üstündəki bütün eroin istifadə etdiyindən(tutulmamaq üçün) beynindəki oksigen yetməzliyindən, beynində bir neçə sahə zədələnmişdir. Nəticədə, beyin tomoqrafiyasından gəlinən fikir budur ki, istəmək hissəsinin formalaşdığı beyin hissəsi aktiv deyil. Kokain, içki artıq istəmir. Dahası da pis, heç nə istəmir. Adam artıq heç nə istəmir. Düşünə bilirsiniz, sən artıq heç nə istəmirsən!

Başqa bir prizmadan baxanda alimlərin gətirdiyi başqa bir başlıq da var. Anhedoniya – zövq alma qabiliyyətinin itirilməsi və ya azalması kimi müəyyən edilən bir psixoloji vəziyyətdir. Anhedoniya depressiyanın əsas simptomlarından biri olaraq qəbul edilir, lakin şizofreniya bipolyar pozuntu, posttravmatik stres pozuntusu (PTSP) və bəzi narahatlıq pozuntuları kimi digər psixi sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. Bu vəziyyət, fərdin normalda xoşbəxtlik və ya zövq hissi yaradan fəaliyyətlərə qarşı laqeyd qalması və ya maraq göstərməməsi ilə xarakterizə olunur. İstər fiziki istərsə də psixoloji anhedoniya ölümə gedən bir yoldur Adam üçün. Adam yeyir, içir, alış veriş edir, seks də yaşayır, ancaq zövq almır. Düşünün, heç bir istək yoxdur, yatağından nə deyə qalxasan. İstəksizlik ümid yaşatmadığı kimi, yaşamaq istəksizliyi də yaradır. Halleluya, halleluya.

Beynin istək strategiyası bizi hərəkətə gətirir. İkibaşlılıq var burda, belə ki, istək həm iradə mənbəyi həm də özünənəzarətə təhlükə ola bilər. Beyində istehsal olunan dopamin(Alzheimer xəstələrində az istehsal olunur) bizi tamaha yönəldəndə biz istəyi xoşbəxtlikdən fərqləndirməliyik. Ancaq biz burda dopamindən və mükafat vədindən düzgün istifadə etməliyik, özümüzə motivasiya yaratmalıyıq. Son olaraq deyə bilərik ki, istək nə yaxşıdır, nə də pis. Önəmli odur ki, istəyi hara yönləndirirsən və orda nə zaman hərəkət edəcəyin müdrikliyə sahib olmağındır.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

2 Rəylər

  • Nigar

    Hörmətli Zaur bəy,
    Yazdığınız mövzuları hər zaman sevə sevə, maraqla oxuyuram. Sizə öz təşəkkürümü bildirirəm.

    • Zaur Haciyev

      Salam Nigar xanım,
      Şox minnətdaram. Məni sevindirirsiz.

      Hörmətlə, Zaur

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1