Artmonia Academy-nin həmtəsisçisi İsmət bəylə bir neçə görüşdən onun özünün və komandasının və də şəxsimin tövsiyyələri üzərindən satışla bağlı iki əsas problemi aşkar elədik. Aşkar olunan başlıqlar aşağıdakılardır:
- Duyğusal bağ
- Geri dönüş tezliyi
Duyğusal bağ yönündən müştərilərlə istər yazılı, istərsə də şifahi telefon danışıqlarında emosiya əskikliyi, standart yanaşma və empati qura bilməmə, ən başlıcası isə fərdi yanaşmama problemləri aşkar şəkildə ortaya çıxdı. Hamısı həllini tapan məsələdir və İsmətlə müzakirələrdə bunların hər birinin bir çözüm olduğu ortaya çıxdı. Həll olunur tərəflərindən.
Digər məsələ isə geri dönüş tezliyidir. Görünən odur ki, marketinq tərəfi üzərinə düşən öhdəliyi çox yaxşı şəkildə həyata keçirib. Ancaq geri dönüşdə sadəcə bir nəfərin olması isə bu tezliyi sürətsiz edib. Düşünün ki, 1 nəfər bütün gələn mesajlara cavab verməkdə nə qədər sürətli ola bilər və hətta necə fərdi yanaşa bilər!? Ismət, özü bu məsələyə beləcə də yanaşır, gözləmədiyimiz şəkildə çoxlu müraciət olub və biz buna adekvat cavab verə bilmədik. Sürətdə sürəti itirdik.
İlk başlanğıcda rus dilli kütləyə müraciət edə bilmirdik. Rusca danışanımız yox idi. İndi isə var. Artacaq da. Bu gerçəkliyi şirkətlər və xüsusilə də xidmət sektorunda olan
Müraciətlərin sayı artma səbəbi həm də tiktokdur. 30 dəq. yayımla 5 müştəri əldə etdik. Tiktok ciddi bir satış kanalıdır. Zamanımızda gerçəklik var. Tiktok gerçəkliyi və artıq bir çox şirkətdə Tiktok Menecerlərin olması çox vacibdir.
P.S. Öz şəklini istədim, Artmonia Academy-nin salon şəklini göndərdi…



