İlk dəfəsi çox olanlar, doğmadır!

İlklər, ilk dəfələr daha dadlıdır, ləzzətlidir, unudulmazdır… İlk dəfə onunla bunu və ya bunları yaşadım demək necə də gözəldir və yaddaşa həkk olandır. Düşünün,

ilk dəfə onunla velosiped birgə sürmüşəm, ilk dəfə onunla seqa oynamışam,

ilk dəfə krosnudan Show Haber-dən Reha Muhtara birgə baxmışam,

ilk dəfə onunla basketball oynamışam, ilk dəfə onunla imtahan birgə getmişəm,

ilk dəfə onunla dava etmişəm, ilk dəfə onunla əlbəyaxa dalaşmışam, ilk dəfə onunla hazırlığa bərabər getmişəm,

ilk dəfə Şabanın filmlərini birgə izləmişəm, ilk dəfə onunla oğurluq eləmişəm,

ilk dəfə onunla kino izləmişəm, ilk dəfə onunla teatra baxmışam, ilk dəfə onunla şəkil birgə çəkdirmişəm,

ilk dəfə onunla yeni ili birgə keçirmişəm, ilk dəfə onunla kəndə birgə getmişəm,

ilk dəfə onunla banan, koka kolanı, snikers, mars və tviksi bölüşmüşəm, ilk dəfə onunla skeyt sürmüşəm,

ilk dəfə onunla ağac birgə əkmişəm, ilk dəfə onunla xoruz döyüşdürmüşəm, ilk dəfə onunla pul saymışam,

ilk dəfə onunla şüşə satmışam, ilk dəfə onunla su doldurmuşam, ilk dəfə onunla universitetə birgə getmişəm, ilk dəfə onunla ən böyük uğuruna sevilmişəm…

İlk dəfələrin çox olan adam sənin ən doğmalarındandır… Yuxarıdakı ilklər isə qardaşıma aiddir. O da doğmadır…

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

WhatsApp-dan bizə yazın
1