İçəridəsən ya bayırda və ya “the doorway shot” çəkiliş planı

Ölkəmizdə heç qadın stolüstü tennis oyuncusunu demirəm, kişi stolüstü tennis oyunçusu tanıyırsınız? Mən öz adıma deyim, tanımıram. Tanıdığım şəxslər var, amma onları ətrafımdan tanıyıram. Ya da sizlərin ətrafınızdakı şəxsləri çoxlarımız tanımırıq. Amma Avropa, qalsın hələ  Almaniya, Petrissa Soljanı yaxşı tanıyır, Almanya çempionluğundan ta avropa çempionluğuna qədər yol keçib. Almanca da olsa vikidən bu məlumatı götürə bildim https://de.wikipedia.org/wiki/Petrissa_Solja . Varsa bizdə də belə bir tennis oyunçusu, paylaşmağınızı dilərdim. 



Gələk sədətə. Yaxşı bilirik ki, Marketinq sadəcə malların və xidmətlərin deyil həmçinin şəxslərin də bazarlaması üzərində durur. Hansı ki, bir baseballda pitcher olaraq şöhrət qazanan Denny Mclainin narkotik vasitələrindən istifadəsinə görə türmədə yatmasından yola çıxaraq, narkotikə qarşı proqramlar hazırlayan bir çox şirkətin, onun TV-də çıxışını təşkil etməsi ola bilər. John Belushinin yoldaşının, ona gərçəktən sadiq olan həyat yoldaşının Youtube-da 3 dəqiqəlik narkotikaya qarşı çıxışı çoxlarını bu yoldan uzaqlaşdırar.

Ancaq istər Denny Mclain, istər John Belushi, istər Ma Long, istərsə də Petrissa Solja öz ölkələrində çoxları tərəfindən tanınan, qəbul edilən, nümunəvi şəxslərdir. Hər biri öz sahəsində sözünü demiş yaşıyan və ya yaşamayan canlı qəhrəmanlardır. Ancaq biz bu anlamda sıxıntı yaşayırıq. Canlı qəhrəmanlarımız çox azdır. Demək olar ki, yoxdur.

Bu aralar stolüstü tennis oynadığım üçün məhz tennis üzərindən misal yazmaq istəyirəm(Onu da bildirim ki, getdiyim o tennis mərkəzində divardan asılı bir çox şəkillər var ki, onların heçbiri azərbaycanlı deyil). Az bir az araşdırma etdik ki, çıxan nəticələr bunlardır.

            a)       http://astf.az/index.php/az/yizhmakomanda/mens  Azərbaycan Stolüstü Tennis Federasiyasının 8 kişi üzvü qeyd olunub ki siyahıda, heçbirini idmançı kimi tanımırıq.

b)      http://astf.az/index.php/az/yizhmakomanda/womens  Azərbaycan Stolüstü Tennis Federasiyasının 8 xanım üzvü qeyd olunub ki siyahıda, heçbirini idmançı kimi tanımırıq. Siyahıya diqqət etsəniz 3-ü heç Azərbaycanlı deyil.

KişilərQadınlar
1.    Cəfərzadə Cəfər Vaqif oğlu2.    Həşimli Xəyal Mirzə oğlu3.    Əliyev Sənan Hüseynağa oğlu4.    Həsənov Nurlan Mirdaməd oğlu5.    Şahgəldiyev Əliverdi İlham oğlu6.    Qafarlı Yusif Bilman oğlu7.    Allahverdiyev Vəzir Elxan oğlu8.    Sadiqov Sadıx Yusif oğlu1.    Deng Simeng Youming2.    Zhou Chuyi Weifu3.    Chen Xingtai Min Wei4.    İmanova Məryam Mehman qızı5.    Şirinova Şərmin Emin qızı6.    Əhmədova Nəzrin Akif  qızı7.    Qarayeva Nəzakət  Qara qızı8.    Məmmədli Fatimə Ələddin qızı

Niyə tanımırıq? Çünki, tanıtmırlar! Amma onlar bizə tanıdılsa, biz onların oyunlarına getsək, bilet alsaq, onlar həvəslənsə, cəmiyyətimizdə gərəkli diqqəti görsələr, nümunəvi davranışlar sərgiləsələr, öz idmanlarını bizə istətsələr bla bla bla  siyahını uzadaq ?Heç gərək deyil. Əminəm ki, mesaj çatmışdır. Bu aktual məsələ bir çox federasiyalarımıza da aiddir. Strukturlarına baxsaq təəssüf ki, nə marketinq, nə PR, nə də bu yönümlü vəzifələr çətin mövcud ola.

TV-dəki reklam roliklərimizdə eyni simalar, eyni üzlər. Yuyucu tozundan tutmuş tuma kimi, alış veriş saytdan tutmuş xəz dəriyə kimi. Bəs deyil? Çoxdan missiyaları bitib. 

Bugünlərdə İlkin Yusifin sayəsində tanış olduğum “The doorway shot”, bu postumda mənə onun statusunu xatırlatdı. Ad qismində elə onu düşündüm.

İçəridəsən ya bayırda?

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1