1980-lərin filmləri həqiqətən daha informativ və inqilabi səciyyələr daşıyır. Dostum Şamxalın töfsiyəsi əsasında izlədim. Filmin adı Hoosiers deyə keçir. Mənası dəqiq deyil və kökü hardan gəlir. Ancaq İndiananın yerli əhalisinə Hoosiers deyirlər. 5 versiyada açıqlanır mənası, amma mövzumuz bugün bu deyil. Filmdən diqqqətimi çəkən sitatları sizlə adəti üzrə bölüşürəm:
1.Komandada hərkəs bir olmalıdır, biri digərindən üstün olmamalıdır.
2. Bir çox insan bir neçə dəqiqə tanrılar kimi davranır.
3. Bu kiçik əyalətdə olmanızın iki səbəbi var:
a) Nədənsə qaçırsınız
b) Gedəcək başqa yeriniz yoxdur
4. Umuram, kim olduğumuzu dəstəklərsiniz, kim olmadığımızı deyil
5. Komandada istedadlı çoxdur, sadəcə disiplin yoxdur.
6. Kiçik yerlərdə insanlar dəyişmir, sabit qalır. Bu da gözəldir. Çünki, güvən verir.