Gülağa yanaşması…

Bugün Gülağa Abışovdan danışacam, hansı ki, bir çoxları onu tanısa da mən onu yeni tanıyıram. Qiyabı tanıyıram. Şamxal və Elçin tanıtdı. Olmuş hadisə üzərindən gedəcəm. Klyonka və ya sallafon alan bir dostumuz təchizatçılarla və bunu satanlarla görüşdə ona təqdim edilən qiymətin baha olduğunu görüb və adamlar bunu onunla əsaslandırıblar ki, biz malımızı əslində Gülağaya satacağıq. Normalda ondan başqasına satmırıq.

Gülağaya da bu qiymətə satırsınız, deyə sual ediləndə, məlum olur ki, xeyr. Qat qat aşağıya satılırmış və ya satırlar. Əlbəttə ki, sual edilir ki, niyə. Gülağanın bu sektorda nüfuzlu olmasına səbəb onun bu adamlarla qurduğu düzgün iş münasibətləridir. Bunları bir az dərlədim, sizə də təqdim edirəm:

  1. Az təminatlı olan bu təchizatçılar, iş sahibləri və ya klyonka yığanların hər zaman nəğd pula ehtiyacları olur və ya gözlənilməz maddi sıxıntıları olur. Bu halda onlara nə dədələri, nə qardaşları, nə də kimsələri kömək etməsə də, Gülağa onlara kömək edir.
  2. Ciddi şəkildə avans sistemi qurulub. Bu ilin əvvəli verilir pul klyonka yığanlara və bu adamlar bu pul ilə işlərini sağlam görürlər. Alırlar, toplayırlar və sairə. Ancaq bunu Gülağa üçün edirlər.
  3. Yas, rəhmətə gedənlər, yaxından uzaqdan, hər zaman o adamların yanında Gülağanı görə bilərsiniz.
  4. Toydursa, xeyir işdir, yenə orada Gülağa.

Bəzən bir çox insan sual edir ki, uğur haradadır? Uğur sənin elə yanında, ətrafında. Uzaqda deyil, axtarma onu uzaqda. Doğulduğun yerdə, ordakı insanlarda. Gülağa bəyi tanıdıqdan sonra mən də onun davranışlarından yararlanıram. Belə ki, işimizlə bağlı nəzərədə tutulan və ya tutulmayan xərclər və investisiyalar yaradıram. İşlədiyim sektorda işimizlə bağlı olan tərəfdaşlarımıza avans, borc və ya yardım məqsədilə ödənişlər edirəm. Uğur gətirir bu, biləsiniz. Dəqiqdir bu formul.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1