Gedin bu ölkəyə!

 Belarusiya səfəri gözlənilməz oldu, amma karmanın xoş geri dönüşü oldu. Bu aralar çox istəmişdim ora getməyi.

Havalimanında endikdən sonra birbaşa çoxulduzlu otelə yerləşdirildik. Bildirim ki, otel də, şəhər də,yollar da çox müsbət təsirlər bağışladı. Sabahı yollandıq kənd təsərrüfatı sərgisinə. Çox böyük deyildi iç sərgisi, əsasında çöl sərgisi əzəmətli idi. Traktorlar, heyvanlar və balıq akvariumları hamısını çöl sərgisində görə bilərik. Həyatımda ən böyük canlı inəyi, öz də bir neçə çeşid orda gördüm.Davamında oturduq elə sərgidəki ərazinin yanında olan Ofiser pubında. Qiymətlər su. Çox ucuz. Həm də çox ucuz. Sərgidəki satılan bütün mallar öz qiymətinə. The President oteldə olan bar və şokolad dükanındakı bütün satılanlar çox ucuz. Havalimanında bütün məhsullar digər havalimanlarından daha ucuz. Ucuz sözü bəlkə də doğru deyil. Sadəcə öz qiymətinə.

Daha sonra keçid etdik Azərbaycan Ticarət Evinə. Bizi yaxşı qarşıladılar. Rəhbəri yerli bir şəxs idi. Bəyəndim. Bir çox yerli şirkətimiz orda yer alıb və ən gözəl məhsullarla özlərini tanıdırlar. Xüsusi bir hal var idi ki, sərgidə də bunun fərqinə vardım ki, belaruslar bizlə əməkdaşlığa can atırlar. Görünən həm də odur ki, orada rus-ukrayna müharibəsi belarusiyanın iqtisadiyyatına ciddi çətinliklər gətirib. Belə ki, onlar satış edə bilmirlər. Avropanın qoyduğu embarqolar. 

Daha sonra otelə yol aldıq. Yollar şüşə kimi. Ölkənin 40,5 faizi meşədən ibarətdir. Hər yer yaşıllıqdır. Otelə varınca dincəldikdən sonra sabaha hazırlığa başladım və marketə gedib bir çox qida məhsulu almağa getdim. Marketin adı Zamik. İnandırım ki, hər şey su qiyməti. Pulumuz da onların rublundan daha bahalıdır. Aşağıdakı şəkildəki məhsullara toplam 11 azn verdim. Belarus rublu ilə bu 21.31 rubl edir.

Ertəsi günü belarus şirkətləri ilə görüşlərimiz oldu B2B formatında.Şirkətlərlə görüşdə anladığım o oldu ki, yeni bazarlar axtarırlar. Bu da onların çox istəkliliyini bildirir. Bu arada yerli bir əmlakçı ilə tanış olduqdan sonra əmlak bazarı ilə də tanış oldum. İcazə var ki, ordan əmlak almağa. Ərazisi çox böyük olan Belarus, 206 min kv.m. , əhalisi isə bizdən azdır. Bol torpaq var. Bol yer var.

Maraqlanın dostlar. Maraqlı ölkədir. Öyrənəcəyiniz çox məlumat var. Sizə də bir kiçik mənzərə videosu yüklədim.

https://www.blogger.com/video.g?token=AD6v5dxjJgctsRxcwrMISGTdzMGKJ0BFWaXr5qb_p4mJJwnpcGpZgmuGS-BUDFwvNhibcOXKzySRsG6qSelXu_YUvkcpf0EUBDJkqrPsl_hksHr8u6DaFGnRsqRP4-3JEDgGXRwVr0o

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1