Davranış iqtisadçısı Tomas Şellinq bildirir ki, məqsədimizə çatmaq üçün seçimləri məhdudlaşdırmalıyıq. O bunu ilkin öhdəlik adlandırırdı. Sizin rasional məniniz fəaliyyət planınızı müəyyən edir, lakin tamahının əsiri olan məniniz çox vaxt planı son an dəyişməyə qərar verir. Əgər yanlış prioritetləri olan tamahlanmış mənə nə istədiyini etməyə imkan verilsə, nəticə birmənalı şəkildə özünün işini pozmağa gətirib çıxarır.
Ətrafınızda tamahınızın əsiri olanda dəstək üçün müraciət edə biləcəyiniz, onunla öz məqsədlərinizi bölüşə biləcəyiniz insan varmı?
Prinston Universitetinin psixoloqu Emili Pronin yanlış təsəvvürlərimizin bizim gələcək “mən”ə yad adam kimi baxmağımıza səbəb olduğunu göstərmişdir. Görünən odur ki, gələcəyimiz bizə yaddır!