Fariz bəylə müzakirədən maraqlı fikirlər toplusu-32 başlıq!

 Dünənki Yurd fm-dəki qonağım Azestetik MMc-nin rəhbəri Fariz Məmmədovla birgə müzakirədən sonra bir çay süfrəsində etdiyim qeydləri sizlə bölüşürəm:

1. Sadəlik adı altında sadəlövhlük edirik bəzən.  Unutma ki, Allah sənə qiymət verir. Özünü heçkimdən aşağı tutmamaq şərtilə hərkəsi özündən üstün görəcəksən. Qızıl xətti tutmalısınız!

2. Axmaqlar o qədər iddialıdır, ağıllılar o qədər şübhə içindədirlər

3. Özgüvən ayrı eqo ayrı

4. Şübhə yaxşı keçiddir, ancaq təhlükəli dayanacaqdır. Elə olmayanda o şübhə olmur, analiz olur.

5. Daim şübhədə qalmaq suüzəndir

6. Gözlə gördüyün halda həqiqət anlamına gəlmir. Təyyarə nümunəsi. Uzaqdan çox kiçik görünür, həqiqətdə isə o kiçikdirmi?

7. Daimi sevinc ovucundakılara fokuslanmaqdır. Şükran hissi.

8. Dildə yox, halda önəmlidir

9. Axına qarşı üzmək lazımdır

10.Pisin detalına gedirlər, yaxşının ümumusini dilə gətiririk. 

11. Şübhəni həddindən çox böyüdürük

12. Bildin, əməl elə

13. Cavan deyir bilsəydim, qoca deyir bacarsaydım

14. Yoxdan əl çəkmək

15.Ağrısız keçirəcək, əldə edilən təcrübələrlə digər insanlarla paylaşılanda

16. Bu dünya oyun və əyləncədən ibarətdir. Oyunu öyrəndikcə sənə əyləncə kimi gəlir. Öyrənə bilməyənlər əziyyət çəkir.

17. Quralları biz öyrədə bilərik ən yaxşı halda.

18. Yalan qorxudan gəlir. İki nəfərin arasını düzəltmək üçün də yalan yaxşıdır.

19. Səhvimiz bəlli olmalıdır

20. Allah bizdən azını istəyir

21. Səfinizi bəlli edin

22. Dinə qalxan olun, dini qalxan eləməyin

23. Ehtiyatlılıq qorxaqlığa gətirib çıxarmamalıdır. Allah qorxağı sevmir. Qorxaqlıq fürsətlərin oğrusudur

24.Şirkətin dövrüliyi- Körpəlik, əzizlənmə, gəlhagəl, gənclik, çiçəklənmə

25. Fikir eləmə ayrı düşünmək ayrı

26. Sındırmaq ayrı tənbeh ayrı. Tənbeh qarşı tərəfin xeyrinə olmalıdır. Gərəkdiyində tənbeh edilməlidir işçi.

27. Rəhbər ata olmalıdır, ağa olmalı deyil

28. Problenmlə gələndə təklif də gətir

29. Adımız idarəçi, özümüz yaxşı işçiyik

30. 3 cür qərar qəbul etmə var:

1. Yatıram, dururam, gəlirəm(avtoritar)

2. Səsvermə ilə qərar qəbul edilməlidir və qərar tək rəqəmlə olmalıdır/ Cüt səs olsa, rəhbərin veto hüququ olmalıdır.

3. Danışırıq, müxtəlif heyət üzvləri ilə 10 gün də müzakirə edirik, qərarı sonda rəhbər verir.

Qərar qəbul etmə sonda belə olmalıdır, müzakirə demokratik, icrası avtoritar!

31. Vəzifəsi var, səlahiyyəti yoxdur

32. Səhv etməyə şərait yaradılmalıdır. Dənizdə boğulma nümunəsi. Övladın dənizdə dayazdan dərinə getməyi özü etməlidir. Dərinə düşdüyündə boğulacağı təqdirdə yanında olub onu xilas etməlisən və izah etməlisən. Çünki özü boğulan üzməyi də əla öyrənər.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1