Ətrafıma baxdım və sadəcə özümü düşmən gördüm
Qarşımdakı insana illərlə fikrimi bildirə bilmədim və buna səbəb də məni dinləməməsi olurdu. Sonda onun məni dinləmədiyini nəzərə alıb, ona məktub yazdım. Hətta 3 səhifə. Məktubu onun maşınının bardaçokuna qoydum.
Onun mənə xəyanət etdiyini bildikdən sonra yoldaşım sadəcə ağladı və ilk dediyi söz bu oldu. Axır ki, məni qısqandın. Göz yaşları onun sevinc göz yaşları idi.
Illərlə özümü aldatmağım əslində məni xoşbəxt etmirmiş, xoşbəxtliyimi əlimdən alırmış.
Narsistləri, əsas mutlu edən xüsuslar, başqalarının onları tərifləməsi və təqdir etməsini digər insanların yanında edilməsidir.
Özgüvənlə eqoist insanın əsas fərqlərindən biri, özgüvənli adam qüsurları ilə bağlı utanmaz, geri çəkilməz və ya özünü gizlətməz, əksinə onları düzəltməyə çalışır. Eqosit isə qüsurlarını örtməyə çalışır.
Müşkülpəsənd mənaca hər şeyi bəyənməyən, çətin bəyənən mənası verirmiş.
Istər Mariotda yat, istər ahırda, istərsə də beşikdə, tək gerçəklik odur ki, gözünü yumduqdan sonra divarları görə bilmirsən.
Məsafələr uzaq olduqca, uzaqlaşdırdığımı kimi, əlçatan olanda yaxınlaşdırır da.
Pis vərdişlərinizi aradan qaldırmaq istəyirsinizsə, yeni vərdişlərinizlə əvəz edin.
Təcrübə bir nemətdir, nemət isə dəyərdir və nəticədə onu ölçmək olmur.
Mövcud işgüzar nüfuzunla 0-invesitisya ilə gəlir və güc əldə edə bilərsən.
Unutmayaq filmlər və kinolar bizə məlumat da verir, niyə onları da tətbiq etməyəsiniz? Əks halda sizə kitab yüklü eşşək deyərlər.
Hətta ofisiant və kuryerlər lovğalığı qəbul etmirlər və sevmirlər.
Utanmaq hissi həm də özgüvənsizliklə də bağlıdır.
Övladınız gözünüzün içinə baxa bilmirsə demək ki, onu bir versiya kimi çox təhqir etmisiniz.
Kiçik rəqabətlər mahiyyəti də dəyişə bilər. Corab satmağa başlayarkən, tarqetoloq da ola bilərsiniz.