Bu günlərdə eqo ilə bağlı bir cümlə diqqətimi çəkdi. Eqonun əminliyə bərabər olduğunu düşünməyə meyilliyik və bunun üçün məsuliyyət daşımalıyıq. Bir çox insan görünən odur ki, əminliklə eqonu qarışdırır və özünə arxayınlığı eqo ilə səhv salır. Düşünən insan, bütün günü düşünən insan, 24 saat az qalsın düşünən insan özündən əminliyə qapılır. Ta ki, reallıqdan uzaqlaşıb və illuziyaya qapılanda, görür ki, əməllicə yandırıb. Nə vaxt görür, digərləri, başqaları, rəqibləri, ətrafındakılar, hətta dostları bu adamı keçəndə, görməyə başlayır. Daha pisi isə, onların bu adamdan daha güclülüyünü ya görməzdən gəlmək, ifrat eqo, ya da özünü aldatmağa müraciət etmək. Bütünlükdə eqonun iysi yayılıb hər yerə. Bu adamı silkələ ancaq eqo tökülür.
Bu halda ki, əminlikdən özünə, saxta rəqiblər, düşmənlər yaratmaq, boş boş intriqa və söz sphbət salmalar. Hara gedirsən ay bədbəxt!? Balaca dünyanda özünü imperator görürsən! Nəyə də oxşayırsan, daxilən biheybət! Azacıq, pəncərəni reallığa aç. Düşmənin də yoxdur, heç söz söhbət də yoxdur. Belə adamlar zirvədə olsalar da, sanki zirvə bunlara dardır. Çalışırlar ki, müharibə ilə fırlansın. Zirvədəykən burax, bək də budur. Özünə əminliyi dəf et ay bala.
Bir də işin içində zirvədəsən ha, səndən yeni yeni hekayələr istəyirlər, danış da danış, başlayırsan uydurmağa. Elə hey uydurursan, üst üstə yalanlar o qədər artır ki, bir zaman sonra özün inanırsan və uydurmalarına əsir olursan. Yenə də, eqo. Uydurma ay bala, nə var onu danış. Ya da danışma. Düz deyirsən, kütlə ya üçüncü tərəf də dirənir ki, nəsə danışasan. Sus, danışılası söz yoxdursa, sus. Susmaq belə yerdə deyilir ki, qızıldır!