Ən yaxşı!Beef daha bahadır!Bəlkə yavaş danışaq!Ofisiant, adınızı lütf edin!

Zənnimcə restoran böyük və ya kiçik menyuya sahib olsun ki, fərq etməz, ən yaxşı bir neçə yeməyi ilə seçilməlidir və o yeməkləri də müştəriyə düşünülmədən və can rahatlığıyla təklif edilməlidir. Braşovda artıq 2-ci dəfədir və gördüyüm odur ki, bir xeyli şəhər irəliləyib. Turisti bol və yeni turistik məkanlar çoxalıb. Seçdiyim restoranın adı Bistro Weiss-dır ki, ofisianta verdiyim sual elə beləcə oldu. Hansı yeməyi məsləhət görürsən. Uzun düşmədən 3 yemək təklifi verdi.

Dana əti(beef) ilə olan yemək, donuz əti ilə olan yemək və də italyan pastası shrimp ilə. Xoşuma gələn o oldu ki, dana əti ilə olan yemək ən bahalı olan idi. Bəlkə bir az ilginc səslənə bilər. Seçimim italyanlardan tərəf oldu və ona uyğun da içkini yerindəcə müəyyənləşdirdik.

Məkanda bəyəndiyim əsas o oldu ki, kiçik də olsa, hər kəs yavaş danışır və heç kim heç kimi narahat etmir səsilə. Musiqi də yavaşdandır, heç səs küylü deyil. İnsanların səsilə musiqinin səsi bir birinə ahənkdir, zidd deyil.

Budur, yemək gəldi. Midye ilə pasta əladır. Əladan əla. Sousu da müthiş. Çox dadlı. Görünən odur ki, sağlam bir müzakirə ofisiantla işə yaradı. Ofisiantla hər zaman yaxşı bir dialoqun qurulmasının tərəfdarıyam. Adı yazılıbdırsa, birbaşa adı ilə, yazılmayıbsa yaxalığında, soruşmağı tərcih edirəm. Düşünün, adı ilə müraciət edirsiniz. Onda daha məsul və ciddiyyət qazanmış olur çox zaman. Təbii ki, ən sonda onun xidmətə uyğun bəxşişi mütləq verilməlidir. Hardan hara!

Gəzməyə çalışın, gəzərkən də bulka yeməyin, bir uyğun restoranda yeyin. Bu halda daha çox təcrübə olar, nəinki, bulka yeməklə.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1