Elvinlə görüşdən maraqlı başlıqlar…

Elvinlə, Dadaşsoyla maraqlı bir üçlü görüşümüz oldu. Görüşü elə Elçin təşkil etdi. Elvinlə söhbət maraqlı olur. Öyrənib, öyrədirsən. Bəzən fərqli pəncərələr və tam fərqli düşüncələr, ancaq bir evdə olduğumuz, bir otaqda söhbət etdiyimiz açıq aşkar görünür. Ondan aldığım bilgiləri bölüşmək xoş olar.

Fomonu bizə izah etdi. Nədir fomo? Biznesdə “Fear of Missing Out.” kimi açılımı ortaya atılır. Biznesdə FOMO “İtirmək qorxusu” deməkdir. Bu, istehlakçıların başqalarının sahib olduğu üstünlükləri, təcrübələri və ya məhsulları əldən vermək qorxusundan istifadə etmək strategiyasına aiddir. Bu konsepsiya satınalmalar, abunələr və tədbirlərdə iştirak kimi qərarlar və hərəkətləri idarə etmək üçün istifadə olunur. İtirmək elə gündəlik həyatımızda da özünü göstərir. Biri həyatında çox dəyər verdiyini gördüyü halda, azacıq azaltdığında sənin pis olduğunu demə həddini aşdığında, onunla münasibətində bir neçə addım geri çəkilməklə, səni itirmək duyğusunu yaşatmaq elə FOMO-nun bir başqa halıdır. FOMO marketinqi, istehlakçıların emosional reaksiyalarına və tətikləyicilərinə toxunmaq üçün istifadə edilir ki, bu da onları fürsəti əldən verməmək üçün tez hərəkət etmək istəyi yaradır. FOMO marketinqi bu güclü emosiyadan istifadə edərək, aktuallıq, qıtlıq və eksklüzivlik hissi yaradaraq nişanlanma, dönüşüm və satışı təşviq edir.

Digər bir başlıq sağ, sol, sağalmaq, solmaq sözlərinin ortaq mənalarını birləşdirməyə çalışmaqdır. Sağ tərəfin müsbət olmasa, elə müsbət söz olan sağalmağın bu sözlə birbaşa əlaqəsini ifadə edir. İnsan yenidən sağaldı, sağ qaldı, səni sağ olasan və sairə bu qəbildən sözlərdir. Sol isə mənfi olduğu, solmaq feilinin də mənfiyə çalarlı olduğu açıq görünür. Solğun, solmuş, solaxay və sairə.

Gerisini digər bloqumda yazaram.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1