Elşən Elsoydan 9 başlıqlı müzakirə…

Elşən Elsoyu bir çoxumuz tanıyırıq və bir çoxlarımız da tanıyacağıq. O sahildəki bir qayıq, ya da ənginar dənizə açılmış bir yelkənli gəmi kimi insana məsafəlidir. Həm yaxındır, həm uzaqdır. Ziddiyətlidir. Ziddinə gedəndir. Analizi yüksək, özünə xas, düşüncəsi özünə məxsus, pisi yaxşını müzakirə edə bilən, doğru qənaətə varmağı bacaran dostlarımızdan biridir. Onunla danışmaq, daha doğrusu onu dinləmək böyük zövqdür. Ondan eşitdiklərimi bir çoxundan eşidə bilmirəm. Ondan öyrənirəm. O öyrədir. Şəxsən mən öyrənirəm. Başlıqlar qısaca belədir:

  1. Aylığı 2000 azn xərcləyənə niyə torpaq almaq təklifi verəsən?
  2. Mikro sahibkara dəxlisiz təklif verə bilməzsən
  3. Kiçik sahibkar tapmalısan. Yeri də bəllidir. Elə KOBİA.
    Kiçik pulun arxasınca əsla qaçma, effektiv olmur.
  4. Kiçiklə minimal qarşıla, kiçiyi diversifikasiya etmə.
  5. Böyük şirkətdə gizlənmək asandır. Rahat 1-2 il. Sonradan CV-sində böyük şirkətin adını görəndə yüksək qiymət veririk. Halbuki, o böyük şirkətdə 1-2 il rahat “fırladıb”.
  6. Direktor ən çox işləməlidir. Direktor bir çox məqamda daha çox işləməlidir.
  7. Balaca şirkətlər mənim şirkətimə çox reklam pulu xərcləmək istəmirlər. Söhbətdən SEO-dan və google analyse-dan gedir.
  8. Heç vaxt inanmırdım ki, deyilən də olur. Amma olur.
  9. Faydalılığı ölçmürük. Elə hər tədbirə getməli deyilsən. Sahibkarın ən əsas sıxıntılarından biri ölçüdə zəif olmasıdır.

Gələcəkdə maraqlı başlıqları yenə atacam. Siz də faydalanın.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

WhatsApp-dan bizə yazın
1