Dubayda marketdə brend məhsulların çeşidləri çoxdur. O qədər çoxdur ki, market reyonlarında bir xeyli növün görə bilərsiniz. Baxmayaraq ki onlar çoxdurlar, Bakıda ancaq onları görə bilmirik ya da bizə Avropa, Berlin malları kimi xüsusi mağazalarda satırlar. Gəlin belə danışaq, bu brendlər bildiyimiz markalardır, Coca Cola, Milky way, və ya Snickers kimi markalardır. Hətta türk markalarını da görə bilirik.Düşünün,Ülkərin Hobbysini gördüm, uşaqlığım yadıma düşdü. Və ya Rafaellonun dondurması. Biz ancaq şokoladını bilirik. Hesab edirəm ki, bizim marketləri bu markalar bəzəməlidirlər. Alarıq, inanın alarıq. Dünənə kimi də alınıb.
Eyni zamanda plyajlarında oldum. Bəyəndiyim bir neçə xüsus var. Public beach(ictimai çimərlik) çox ciddi şəkildə nəzarət olunur təmizliyi ilə, səhmanı ilə. Canım desin, dəniz məsafəsi, duş alma yerləri, növbələr, dərhal təmir müdaxilələri nə desəm qulağa xoşdur. Soruşdum ordakı əməkdaşlara, bildirirlər ki, özəl şirkətdə çalışırlar və tenderlə qazanan şirkət ictimai plyaja xidmət göstərir. Biz də edə bilərik. Çox da gözəl edərik. Dahası, cəmiyyətin istənilən təbəqəsi insanı və dövlətə aid xoş xidməti görsün. Nəzərə alaq ki, bizdə bu özün öldürsün 5 aydır. Çox da deyil mövsüm. Büdcəni dağıtmaz.
Maşın nömrələri də maraqlı gəldi. Burda 1 nömrə ən idealdır. İki rəqəmli maşın nömrələri də yüksəyi bildirir. 3 rəqəmli nömrələr də yuxarı zümrəni bildirir. 4 rəqəmli də pis deyil. Burda maraqlısı odur ki, artan rəqəm çoxluğu da bildirsə də, əslində qiymətsizdir. Qiyməti aşağıdır deməkdir. Artan azalır. Maraqlıdır ki, artan da azalarmış qiymətcə.
Zəncilər, hindlilər, Asiya ölkələri burda yerlilərə, biz turistlərə ancaq xidmət üçün nəzərdə tutulublar. İşlərini də sevirlər. Narazı da deyillər. Xoşbəxt olduqları görünür. Ağır işdə olsalar da, soruşanda ki, sən taksisən, bunlar kimi varlıqlı deyilsən, deyir, onları ətrafımda görməkdən mutluyam. Onlarla birgə işləyirəm və bundan da xoşbəxtəm.