Bir çox gənc 25 yaşındadır və özünü 60 yaşında kimi hiss edir. Baxmayaraq, həyatın qarşıda, amma sən yorğunsan. Qeyri müəyyənlik, təzyiq və müqayisə dolu bir yaşantıda, gənc özünü bir böhran çağında görür. Dörddəbir ömür böhranı adı alan bu həyat çağı popular dildə belə adlanır. 20-li yaşlardan 30-lu yaşlara qədər dövrü əhatə edir və buna səbəb isə, bu yaşlarda artıq həyatda alacaq yeni rolların çoxluğu onları bu duruma salır. Bir növü içindəki boşluğunun doldurula bilməyəcəyini qəbul etmə anından başlayan böhrandır. Bir neçə məqamda həyatım bitdi, düşüncəsinə qapılırsan.
İstədiyi şeyin nə olduğunu bilməmək, bilsə belə gerçəkləşdirə bilməmə cəsarəti, hətta enerji və resurslarının olmamasıdır bu nəsnə.Bu kimi halları yaşayan gənclər, həyatdan başım çıxmır, yaşamağı bacarmıram, bu həyat mənlik deyil kimi tez tez bu cümlələri istifadə edirlər.
Səbəblərdən biri də, şüursuz şəkildə ailənin səni dəyərsiz hiss etdirməyidir. Belə bir ailədə böyüyəndə, anan anidən soruşanda kı, a bala, harda işləməyi düşünürsən, planın nədir? Sənin isə 20 yaşın var və axşama nə yeyəcəm deyə düşüncəsindən ibarətsən.
Burda diqqət edəcəyimiz məqamlar, fərqində olmalıyıq ki, özümüzlə mübarizə aparmamalıyıq. Özünüzü yaxşı tanımalı və qaldıra biləcəyimiz yükü qaldırmalıyıq. Ən əsası isə zamanın fərqində olmalıyıq.
