Bugün dostumuz mənə, filankəs çox yaxşıdır deməsi məni dərin düşüncəyə qərq etdi. Dərhal bildirdim ki, bu pis haldır. Dedi necə ki? Bildirdim ki, o çox yaxşı olmaqla ancaq hərkəsdə çox yaxşı olmalılığı yaradacaq. Hərkəs o filankəsdən çox yaxşı olmağı gözləyəcək. Hər zaman onun çox yaxşı olmasını istəyəcək. Hər zat onun çox yaxşı rol almasını tələb edəcək və bu roldan kənarda görmək istəməyəcək və qəbul etməyəcək!
Bir də belə ifadə edək, gözlədikcə onlar, gözləntiyə girəcəklər. Gözlənti nə yaradır? Gözlənti, onların tələblərinin və arzularının ən qısa zamanda tərəddüdsüz gerçəkləşdirilməsini. Elə Tural Guludan aldığım alıntı da bunu deyir:
Gözlənti nədir?
Gözlənti işlədiyiniz istənilən sahədə sizdən başqa insanların (rəhbər, iş yoldaşı, ailə üzvü, müştəri, və s.) gözlədiyi davranışdır. Gözlənti sizin verdiyiniz sözdən, və ya qarşı tərəfdən səsləndirilən və bəzən səsləndirilməyən istəklərdən yarana bilər. Gözləntinin əksər hallarda müəyyən vaxt çərçivəsi – (deadline) olur.
Gələk çoxa. Çox mənə görə pisdir, dərd gətirir, məsələ yaradır. Həm də hər iki tərəfdə. Tək tərəfdə yox, hər iki tərəfdə. Tərəflərin hər ikisi sonda narazı qalır. Çoxu verən də çox alan da sonda peşmanlıq yaşayır. Məyusedici haldır düzdürmü? Yaşamısınız yəqin ki! Bir də bu sözün mənası və etimolojisini araşdırdım. Çox qərib oldum. Kəlimə öz türkçədir. Ana dilimizdən gəlir. Nə fars, nə ərəb sözüdür. Birgə üzərindən keçək:
Çox sözünün öz mənası uyğur dilindən vurmaq, saldırmaq mənasındaykən, Qaraxanlılar dövründə üşüşmək, yəni başına toplaşmaq mənasına gəldi. Ço sözünə qədim türkçədə sifət şəkilçisi olan -ok gətirilərək “toplu halda olan, bol, artıq” qarşılığındakı çox kəliməsi əldə edilmişdir. Şərh versək, kəlimə neqativ yüklüdür. Vurmaq, savaşmaq və s. Çox heç də müsbət söz deyilmiş dərin mənasında.
İngilis dilində “very” kəliməsini very kimi görürür və məlum olur ki, bu sözün kökü latıncadan “ver”-dən gəlir, mənası “true” və “truth”, yəni həqiqətdən, doğrudan gəlir. Almancadakı qarşılığı “sehr” kəliməsi də əslində neqativ yüklüdür. Mənası şiddətlə, ağrılı,acılı və sairədir. İngilis dilində “sore” kəliməsindən qaynaqlanır “sehr” sözü.
Bir də bu paradoks qarşıma çıxdı. Çox az kəliməsi var dilimizdə, mənaca lap az olduqca az, cüzi. Çox və az bir birinə antonim olan sözdür. Bir arada elə mənaca azın , lap azın mənasını verir. Düşünün, dostlar çox kəliməsi az kəliməsinin önünə gələndə belə az mənasını verir.
Əgər bir insana gərəyindən çox dəyər versən qarşılığında alacağın tək şey gərəyindən çox nankorluq olar. Bunu qəti unutma!