Çingiz xan dahi doğulmadı, sadəcə yaxşı şagird oldu!

“Eqo düşməndir” kitabından “Şagird olun” başlığında Çingiz xan haqqında fikirlər mənim üçün yeni oldu. Onun uğur hekayəsində mənimsəmə sözünün istifadəsini gördüm. Özü, çevrəsi və bütünlükdə önəmli vəzifələr daşıyan bütün heyət mənimsəmədə çox mahiriymişlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu bəndindəki, təqsirkara etibar edilmiş özgə əmlakını talama, mənimsəmə və ya israf etmə olaraq müəyyən edilmişdir. Bu cinayətin subyekti əsasən vəzifəli şəxslərdir. Maraqlıdır ki, 178-ci maddə, dələduzluqdan sonrakı maddədir. Azərbaycan dilinin izahlı lüğətində mənimsəmək sözünə – qanunsuz olaraq başqasının malına puluna və s. sahiblənmək, yiyələnmək kimi izah verilir. Mən isə mənimsəməni bugün şagird olmaq üçün bir qabiliyyət və ya bir vasitə görürəm. Gəlin, elə Çingiz xandan yola çıxaq.

Chatgpt isə, mənimsəmə pisdir, sualına belə cavab verdi: Mənimsəmə, başqa birinin əşyalarını, ideyalarını və ya resurslarını izinsiz götürmək və istifadə etməkdir. Bu, etik və hüquqi baxımdan pis qəbul olunur. Mənimsəmənin müxtəlif formaları var və bu, insanların fikirlərinə, işlərinə və ya materiallarına hörmət göstərməmək olaraq görülür.

Əgər bir şeyin mənimsənilməsi haqqında düşünürsənsə, ən yaxşısı, icazə almaq və ya hüquqi şəkildə hərəkət etməkdir. Etik və qanuni baxımdan düzgün olmaq daha yaxşıdır.

Çingiz xan türklərdən onluq sistemi götürüb, onbaşı, yüzbaşı və minbaşı sistemini qurdu. Unikal intizama malik olan Temuçin növbəti addımlarında fəth edəcəyi yerlərdə qarşısına çıxacaq qalaları yarmağı özünə hədəf qoydu. Bu halda yenə də çinlilərdən mühəndis texnikalarını mənimsədi və bu da işinə yaradı. Çjurçenlərə qarşı müharibədə ağılları fəth etməyi öyrəndi. Fikir verirsiz, bu fateh yalnız öyrənir. Bilmədiyi, amma bilməli olduğu hər şeyi öyrənir. Özündən sonrakı bütün nəsli də hər daim öyrənməyi seçdi.

Uğur əldə etdikdən sonra bizi etdiklərimizdən daha çox bildiyimizi iddia etməyə, hər şeyi bildiyimizi iddia etməyə vadar edən təzyiqə məruz qalırıq. Scientia infla, bilik durmadan artır.Inflate knowledge, yəni biliyi artırın. Reallıqda, öyrənmək davamedici proses olduğu halda hər şeyə nail olduğumuzu və tam müdafiə olunduğumuzu düşünmək narahatlıq doğurur. Bu həqiqətən riskli düşüncədir.

Nəzərə alın, bilik artdıqca, karyerada yüksəldikcə, yeni pillələrlə yeni məkanlara daxil olduqca, siz yeni biliklərə sahib olmalısınız. Əks halda, uğursuz olarsız. Düşünməyin ki, artıq zəfər sizinlədir.

Öyrənmək, öyrənmək, öyrənmək. Dolayısıyla, şagird olun. Ryan Holiday-in dediyi kimi, Çingiz xan dahi doğulmamışdı. O da öyrənməklə yüksəldi.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1