Vaxt var ikən tumurcuqları topla, zaman uçub gedir və bugün gülümsəyən bu çiçək, sabah ölə bilər. Vaxt varkən tumurcuqları topla bu cümlənin latınca ifadəsi carpe diemdir. Nə demək olduğunu bilən varmı? Carpe diem yaşadığın günü qavra mənasını verir. Istər inanın, istər inanmayın hər birimiz bir gün nəfəs almağı kəsəcəyik, qasılacaq və öləcəyik. Sizdən öncəkilər eyni saç modeli, eynən sizlər kimi coşqu dolu, sizlər kimi inanılmaz hissiyatlı idilər. Dünya onlar üçün bir molyusk idi. Çox böyük şeylər başaracaqlarına inanırlardı onlar. Sizlər kimi gözləri umudla dolu idilər. Bəs yaxşı edə biləcəklərini etmək üçün yaşamaya çoxmu gec başladılar. Bəli, gec başladılar. Artıq bu adamlar çiçəklərə kübrə oldular. Ölü Ozanlar Dərnəyi kinosundan məşhur dialoqdan alıntıdır.
Əgər biri sənə 10 mərcimək dənəsi , digəri isə 20 ədəd verirsə. Təbii ki, bu halda 20 ədəd verəni daha yaxşı hesab edirsən. Ancaq gələk işin özünə. 10 dənə mərcimək verən elə əlindəki 10 dənəni veribsə, əlində 1000 ədəd olan isə yalnız 1000-indən 20-sini verib. Qısacası, bir fədakarlığın böyüklüyü fəda edənə ifadə etdiyi anlamla ölçülür. Mövzunun mərciməklə əlaqəsi yoxdur. Bir az da irəli aparaq başlığı, başarı üçün fədakarlıq etməlisən. Etdiyin fədakarlıq nisbətində başarı olarsan
Susmaq psixologiyada fərqli çalarlar verir:
Qəm vaxtı susmaq-qürurdur, qəzəb vaxtı susmaq-qüdrətdir, istehza vaxtı susmaq-qələbədir, bilməyən vaxtı susmaq-dahilikdir, nəsihət vaxtı susmaq-ədəbdir!
Çiniofil-qar yağdığında məsud olan insanlara verilən isim. Chionophile. Bir də bunun əksi, yağışı sevənlər var ki, onlara da pluviophile deyilir.