Bugünün raslantıları-2

Zamanında, hətta sovet dönəminin məşhur müğənniləri rəqiblərinin bütün konsert biletlərini alırmışlar. Düşünün haqsız və qəddar rəqabətdə hətta bərabərlik dövrünün yetirmələri tərəfindən həyata keçirilib. Qurşaqdan aşağı (Makiavellinin məqsədə görə bütün vasitələr qəbulolunandır) düşüncəsi ilə ədalətsiz və qəbul olunmaz rəqabət aparmaq pis bir nümunələr yaradır. Bu nümunələr presedent yaradır. Düşünün, gələcək nəsil və digər mövcud sektor adamları nələri düşünüb ortaya atar?

Bugün Cəmillə görüşdük. Allah şəfasını versin. Ona baxıram, axırıncı Mogikanı görürəm. Üzücüdür. Onun bu qədər çətinlikdə ayaqda qalması onun inancıdır deyə düşünürəm. Hər birimiz bu hala gələ bilərik və əmin olduğum tək odur ki, elə yaşayaq ki, sabah üz üzə gələ bilək. Bir birimizə dərdimizi deyə bilək. Üzməyək, üzülməyək. Dəyərlidir Cəmil abi.

Mənə görə bir kamillik mərhələsi də, başqalarının səni incidə bilməməsidir. Bunun üçün nar çubuğu olmalısız. Nar çubuğu əyilsə də, qıvrılsa da ancaq qırılmır. Nar çubuğu olun. Başqalarına icazə verməyin sizi incitsin.

Ofelya xanım, bugün teatrlarımızın birində, bütün heyətin sadəcə 5 nəfər uşağa və bütöv 10 nəfər valideynə tamaşa etdiklərini bildirdi. Canlı qəhrəmanlardır. Qar, yağış, boran bu incəsənət nümayəndələrini işindən almır. Mənə görə, incəsənət adamları birər fədaidir. Onlara hər zaman xüsusi qayğı olmalıdır.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1