Black Cube Squid-dən naçizanə xahiş!

Uzun zamandır baş çəkdiyim bir idman mərkəzi var. Black Cube Squid. İçimdən ora ancaq xoş sözlər və övgü keçir. Bəyəndiyim yerdir. Doğmalıq var sanki. Əməkdaşlarını uzun zamandır görürəm və dəyişməyənlərlə aramız yaxşıdır. Hətta orda bir müddət işləyib sonradan işini dəyişənlər olur, rastlaşanda görüşürük.

Keçən il xatirimdədir ki, ora tip box(bəxşiş qutusu) qoyulmuşdu və həqiqətən, buna çox sevinmişdim. Bəxşiş qutusuna istədiyim məbləği bəxş edə bilirdim. Dekabrdan ara verdiyim üçün təxminən 4 aya yaxındır, ziyarət edə bilmirdim. Bugünlərdə yenə mütəmadi məşqlərə başladım orada. Ancaq…

Ancaq ki, bəxşiş qutusu yerində deyildi. Öncələri, yəqin yerinə qoyarlar, ya nəsə baş verib düzələr düşündüm. Yenə də görə bilmədim. Sonda uzun zamandır tanıdığım Samirlə danışdım və qutu hardadır deyə sual verdim. Bildirdi ki, artıq mövcud deyil. Rəhbərlik səviyyəsində qaldırılmasına qərar verilib. Üzüldüm. Nəyə, üzüldüm?

-Əminəm ki, maaşları çox tutumlu deyil

-Onlar əlavə dəyər yaradırlar, gərəkdiyində müştərilərin telefonunu zaryadkaya qoyurlar, gərəkdiyin də çantanı rahatlıqla yanlarına qoyurlar.

-Gərəkli məlumatları yorulmadan və əvəzsiz şəkildə deyirlər.

Qısacası, məni bu üzdü. Black Cube Squidin rəhbərinə səslənirəm. Gözəl bir heyət və işlətmə yaratmısınız. Belə də, davam edin. Amma bu bəxşiş qutusunu yerinə qoyun. Digər halda, əməkdaşlara əldən pul vermək çətin gəlir. Belə, həqiqətən çətindir. Nəzərə alın.

Bir çox digər idman fitness mərkəzlərində də bu problemi görürəm. Onlara da burdan səslənirəm. Bəxşiş qutusu əməkdaşlarınızın əsas motivasiyalarından biridir məncə. Aranızdakı naçizanə ünsiyyətin təməllərindən biri, həm də xoş niyyətinizi də ortaya qoymuş olar.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1