Bizdə ondan niyə yoxdur!?

Rusiyada Stop a Douchebag deyə bir sivil hərəkat var ki, günbəgün onların çevrəsi genişlənir və ciddi dəyişiliklərə cəmiyyətdə səbəb olurlar. Səkilərdə maşın sürən və ya səhv yerdə park edənlərə yaxınlaşıb öncə xəbərdarlıq edirlər. Dahası əməl edilməyəndə pozulması çətin olan etiket yapışdırırlar.

https://www.youtube.com/embed/Bku8blLq2Nk?feature=player_embedded
Yaxınlarda toplanmış Türkçülər Qurultayını deyim. Nihal Atsız tərəfdarlarının Bursadakı kampı. Bir araya gəlib inandıqları inanclarını yaşatmaq, yeni insanlarla tanış olmaq və yeniliklərə sahib olmaq bununla da gerçəkləşmiş olur.

https://www.youtube.com/embed/aJ_dXK2klh8?feature=player_embedded
Elə keçən il TRT 1-də göstərilən Sən olsan nə yapardın verilişi insanlarda EMPATHY hissini çox gücləndirmiş, cəsarətli olmağa və duyarlılığı artırmağa yönəlmişdir.

https://www.youtube.com/embed/xAboQlho-q0?feature=player_embedded
Hər il fərqli yerlərdə ümumi razılaşıb toplanan hippilərin kampları da heç də pis fikir deyil.

https://www.youtube.com/embed/szw4YVqz80s?feature=player_embedded
Bütün yuxarıda yazılanlar Lifestyle/Attitude və CSR nümunələridir ki, bəlli bir dəyərləri, davranışları,xarakterizələri, şəxsi kimlikləri daşıyır. Sizcə əla olmaz, müxtəlif həyat tərzlərin tüğyan etdiyi bu toplumda həyat tərzləri təmsilcilərinə uyğun məhsullar təklif edilsin və ya xidmət göstərilsin. Lifestyle(HƏYAT TƏRZİ(HT)) ələ alınarsa 3 göstərici vasitəsilə insanlar seqmentlərə bölünür:

1. rəy/fikir(opinion)
2. davranış(attitude)
3.fəaliyyət (activities)

Müştəri qrupları bu hallarda həm vaxt həm də pul sərf edirlər. Bu halda istər satış, istərsə də fikir yaratmaq şirkətlərin arzu etdiyi məqamlardır. Olarsa Bowling, maşın yarışları, kayaking, xeyirxahlıq tədbirlərində aktiv üzvlük, olarsa da ev heyvanlarına sahib olma, siyasi görüşləri olmaq, futbol komandalarına azarkeşlik etmək. Heç bir fərq etmir.
Yaxşı, Marketinq bunun harasında desək, ilk başda müştəri seçimlər qarşısında düşünür və hər seçim üzərində fikirləşdikdən sonra, etdiyi seçim üzərində İnancını(Belief) bərkidir. Daha sonra bu seçimini təmin edəcək hisslərini ilərlədir(Affect). Sonda edəcəyi davranışa(Behaviour) görə davranır. Məhsulu alır ya da xidmətdan yararlanır ya da əksi. Ancaq burda ortaya bir sual çıxır ki, müştərilər nə dərəcədə HT-lərinə sövq olunurlar? Söhbət isə çox sövqolunmadan mı gedir və ya az sövqolunmadan?
Aydın görünür ki, MÜŞTƏRİ DAVRANIŞLARI ÖNGÖRÜLƏBİLİR!!! Bizim əlimizdəki datalar, müşahidələrin verəcəyi raportlar, fokus qrupların rəyləri və sairə hamısı müştəri bazası yaratmaq üçün ciddi informatorlar hesab olunur. Gəl gəlim bu həyat tərzlərinə. Bizdə çox müşkül məsələdir. HT-lərinin stabil olmaması, az sövqolunmanın(low involvement)  daha çox müşahidə edilməsi zəif seqmentasiyaya, müştəri davranışlarının dəqiq təyin edilməməsinə gətirib çıxardır. Bu halda da söhbət ancaq kütləvilikdən, kütləvi və ənənəvi marketinqdən gedir.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1