Bir gəncin manifesti, İsmayıl…

Praqada gənc nəslin nümayəndəsi İsmayılla görüşdük. Özüm onunla görüşmək istədim. Sağolsun, ani və bir az da əmirvaki olsa da, gəldi və bir xeyli vaxt birgə keçirdik. Gəlin onu və düşüncələrini tanıyaq. İsmayıl Charles Universitetində komputer texnologiyaları ilə bağlı ixtisasda 1-ci kursda oxuyur. Universitetinin qədim olduğunu və əsasən dərslərinə fokuslandığını bildirdi.

Oturduğumuz yer Özbək restoranı oldu. Düşündük dadlı yeməklər yeyərik. Tam tərsi. O deyildi. Kabab sifariş etdik, bol baharatlı. Ətin dadı çox təəssüf hiss edilmədi. Bizdən necədir yemək deyə soruşanda, vəziyyəti dedik. Gerisi onlara qalan bir şeydir. Praqada çox qazax və özbəyin olduğunu bildirən İsmayıl, şəhərin demək olar ki, bir çox yerində onlara rast gələcəyimizi bildirir. Ölkədə eyni zamanda çox sayıda vyetnamlı da var. Onlar sovet dövründən köçüblər və o zamandan da bu ölkəni özlərinə ana vətən seçiblər. 3-cü əsas böyük topluluqdur Çexiyada. Slovak və Ukraynalılar öndə gəlir. 2021-ci ilin datasına görə 38000 sakin vyetnamlıdır. Bizim Sədərək kimi böyük topdan bazarları var. İsmayıl qiymətlərin orda sərfəli olduğunu bildirir. Adı isə TTTM Sapa (Vyetnamca, Trung Tâm Thương Mại Sapa). Praqanın kiçik Hanoyu da deyirlər bu yerə. Nguyen familyası ən çox yayılan soyaddır və bütün Çexiyada ilk 10-luqda 9-cu yeri tutan soyaddır.

Dahasında yeməklərimizi yedikdən sonra şirniyyata Luvr kafesinə(Cafe Louvre) getdik və ən yaxşı ştrudel orda verilir adıyla ondan sifariş verdik. Dəmləmə çay ilə. Ofisiant Marek isə canla başla xidmət etdi ki, sonda elə mükafatını aldı. Albert Eynşteyn bu kafedə çox oturub. 1900-cü illəri sənə xatırladan bu kafe təbii hazırlanmış yemək və şirniyyatlarıyla öndədir. Franz Kafka da bu kafenin müdavimlərindən olub. Bu arada Mareklə də dostlaşdıq. Marekin adı elə Markus latıncadan gəlir. Mark kimi ingilislər istifadə edir. Mənası, döyüşçü mənasını da verir. Müharibə tanrısına özünü həsr edən özbəöz mənasıdır.

İsmayılın bu yaşdan həyata atılması və məqsədyönlü olması diqqətimi çox çəkdi. Universitetin rəsmi insta səhifəsinin idarə edilməsi, dekanla yaratdığı münasibət, universitetdə ona ayrıca yer və stol verilməsi, netvorkinqin önəmini indidən anlayıb, özünə uyğun dost çevrəsi əldə etməsi təqdirəlayiqdir. Özəl piano dərsləri keçməsi və qazancı ilə xarici ölkələrə səfəri müsbət qarşılandı. Onun indidən həyatı dərk etməsi və ona uyğun davranışları nümunəvidir.

Charles(Çarlz) körpüsünü keçəndə onunla təsadüfmi deyim təvafüqmü deyim, los.az Rüfəti gördüm. Abi Gəncə bir, Praqa iki, taleyimizdə bir araya gəlmək var. Onu da bir başqa bloqumda yazacam.

Gələk İsmayıla, burdan ona təşəkkür edirəm və azərbaycanlılara səslənirəm, burda sizin tanımalı olduğunuz İsmayıl adında həmyerliniz var.

P.S. Görüş sırasında kiçik bloknot və qələm çıxarsa bilinki, diqqətini çəkən maraqlı fikir və sözü qeyd edir. Hələ də öyrənir.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1