Bipolyar pozuntusu yəqin ki, məlumatlısınız və günümüzün aktual mövzularındandır. Bipolyar pozuntu — (bipolyar — bi — latınca iki, polyar-qütblü deməkdir.) Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü çox güclü şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır (əvvəllər bu xəstəliyi “maniakal-depressiv pozuntu” adlandırırdılar). Bir qayda olaraq, bipolyar pozuntu zamanı insan emosiyalarının “kənar qütblərində” uzun müddət (həftlələrlə və ya aylarla) qalır. Yəqin ki, dostlarınızda hətta valideynlərinizdə də olub. Deyib gülən adam və xoş bir əhvalda olan adam bir neçə saat sonra itir. O halından əsər əlamət qalmır və tam əks halda fırlanır.Bipolyar pozuntunun ən önəmli göstəricisi insanın əhvalının həddindən artıq yüksək olmasıdır. Bipolyar pozuntu ən yüksək səviyyədə olduqda, insan hiperaktiv davranışlar sərgiləyir və özünü çox xoşbəxt hiss edir. Ancaq depressiya mərhələsində tamamilə özünə qapanar, hətta intihar cəhdləri edə bilər.
Bipolyar pozuntuda əhval-ruhiyyə dəyişiklikləri əgər şiddətli deyilsə, ildə bir neçə dəfə baş verə bilər. Əksər insanlar ani duyğu dəyişikliklərinin fərqində olsalarda, ağır bipolyar pozuntusu olan şəxslər üçün bu vəziyyəti öz-özünə anlamaqları çətin olur.
Bugün mənim ələ almaq istədiyim mövzu isə sosial medianın xüsusilə də İnstagramın bipolyar pozuntuya səbəb verib verməməsidir. Instagram və ümumiyyətlə sosial media psixi sağlamlığa mənfi təsir göstərsə də, Instagram və bipolyar pozğunluq arasında birbaşa səbəb-nəticə əlaqəsi yoxdur. Bununla belə, araşdırmalar göstərir ki, Instagram da daxil olmaqla həddindən artıq sosial media istifadəsi bipolyar pozğunluq da daxil olmaqla mövcud psixi sağlamlıq vəziyyətini pisləşdirə bilər və müəyyən psixi sağlamlıq problemlərinin inkişaf riskini artıra bilər. Bipolyar pozuntunun dəqiq səbəbi bilinməsə də, bir insana bu diaqnozun qoyulması üçün bir çox faktorlara diqqət etmək lazımdır. Bunlara; beyinin kimyəvi sturukturu, genetik faktorlar və tətikləyən faktorları göstərmək olar. Fikir verin, tətikləyən faktorlardan sosial media ola bilər. Bəzi araşdırmalar göstərir ki, bipolyar pozğunluğu olan şəxslər sosial mediadan doğrulama və ğzünü təsdiq üçün istifadə edə bilər ki, bu da özünə hörmətə mənfi təsir göstərə və virtual təsdiqə ehtiyac yarada bilər, əhval dəyişikliyini potensial olaraq pisləşdirə bilər.
İnstada nə yazırsızsa, nə paylaşırsızsa dolayısıyla bipolar insanların davranış və düşüncələrinə təsir edə bilir. Birbaşa əlaqə yoxdur amma dolayı təsir mexanizmləri görülməkdədir. Paylaşımlarda diqqətli olmaq son dərəcə mühümdür.