Xidmətlə məhsul arasındakı fərqi və eyni zamanda bizneslə bağlı fikirləri Surxayla müzakirə edəndə ortaya çıxan bəzi xüsusları qeyd edirəm. Ümidvaram, sizlərə də maraqlı olacaq.
- Əgər 5000 azn sənin xidmətində və məhsulunda ümumi büdcədirsə, mən kuryer şirkəti olaraq, xidmət göstərirəm və ödənişimi alıram. Uzağı xərcim yeni çanta və qələm və ya geyim də dəyişiklik olar. Ancaq komputer aksesuarları satan adam, 5000 azn ilə misal bir neçə aksesuar alır və satır. Növbəti yeni nəsil aksesuarlar yenə almalı olur və ya satdıqlarının yerini doldurmalıdır. Pulu çöxə çıxara bilmir, qazancını məcburdur ki, biznesə yenə yatırsın.
- Şiddətlə töfsiyəsi budur ki, bir məhsul yelpazəsi ilə hərəkət edilsin. Məsəl, komputer satırsa elə onu satsın, komputerin yanında tozsovuran satmasın.
- Stabillik əsas xidmət sektorunda özünü əks etdirir.
- Növbəti ay üçün xidmət sektoru qazancını yəqin edə bilir, ancaq məhsul satan isə yox. O ən azı ay sonu sayım etməlidir. Qazancı ilə bağlı fikir səsləndirməkdə çətinlik çəkir.
- Hesab edək, elektron məhsullar satan şirkətin 3 il yanında işləyən işçi, bir də kuryer şirkətində 3 il işləyən işçi. Aralarında fərq nədir deyə sual versək, 2-si də işdən çıxmaqla bağlı qərar versə, hansı daha çox zərər çəkər. Əlbəttə ki, elektron şirkəti daha çox itki verir.
- Almaq ilə qazanmaq arasında fərqi satıcılar dərk etmir. Belə ki, mən nə qədər qazanacam demir gələn işçi, deyir ki, nə qədər alacam. Xidmət sektoruna aiddir bu əsas etibarı ilə.
- Biri var satıcı özü müştərinin arxasına düşür, bir var müştərinin onun arxasına düşməyini gözləyir. Hansı satıcı sənin üçün dəqiqdir? Elektronika satan, çörək satmır!
- Hansı işi görürsənsə gör, o işi sevməlisən. Təcrübə də sevgiylə əldə edilir və yaxşı olar ki, oxuyub da deyil, işin içində ikən əldə edəsən.
- Sərmayədar, mənim bacarığımdan pul qoyub pul qazanır!
Allahım, mənə dəyişdirə bilmədiyim şeyləri qəbul etməyim üçün dinclik ver; dəyişə biləcəyim şeylər üçün cəsarət ver, onların arasındakı fərqi anlamağım üçünsə müdriklik ver(Reynold Neybur, Dinclik duası)!
Maraqlı müzakirə və düşündürücü fikirlərə görə özünə də təşəkkür edirəm.