Dağıdıcı, destruktiv və separatist düşüncəli insanlar sadəcə müharibə üçündür. Digər halda sakit, hüzur və sabit həyata düşməndilər.
Əzizlə, sevələ, bəzə sadəcə bihudə! Gözünün işığı olsa da, əqrəb kimi sancmağa həm özünə həm də sənə zərər verməyə hazırdır. Bilərək mi edir? Bəli bilərək də edir, bəzən bilməyərək də.
Əlacsız, çarəsiz və naçar vəziyyətdədirsə bu adamlar daha da təhlükəlidirlər. Hərkəsə. Düşmən təyin etmək və keçmiş və gələcəyi onunla bağlayıb, sanki tək hədəf odur düşüncəsilə onu məhv etmək tək qayəyə çevrilir. Bu halda mənə deyin, teroristdən fərqi varmı? Eyni güc və məntiq. Partlamağa hazırdır…
… Sual onda ortaya çıxır, niyə sənin əlində partlasın ki? Burax başqasında partlasın!
Halbuki, bütün yuxarıdakıları qırağa qoyaq. Bu adamlar, görünən odur ki, ən çox zərər görmüş, sevgi əvəzinə nifrətlə qarşılaşmışlar. Onlar öz əqidələrilə düz yaşamağa çalışsalar da, icazə vermədilər. Onlar bu halda ancaq sui istifadə edildilər. Doğru və ya düz nədir? Atamız, anamız, dayı və ya əmimiz bizi mənfi fikirlərlə yükləməklə, həyatı gördükləri kimi ötürdülər. Müəllimlər də onlardan fərqlənmədilər. Maddi güc, maddi fərqlilik və güc seçimi ancaq bizi yarımçıq böyütdü. Küçə, məhlə ancaq fiziki gücdən maddi güc istiqamətində yönəltdi. Doğru və düzgünü bu boyda çevrədə necə tapaq!? Yaş gəlib 40-a buna , bu adamlara nə başa salasan! Heç özün başa düşmürsən! Paradoks bir durum. İçlər acısı. Bir də ortaqlıq və ya biznes işində ol. Ehh… Ceyranın timsahla aslan arasındakı seçimi kimidir bu gün mənə görə həyat!
Sən belə olmamışdın, belə də doğulmamışdın! Səni belə etdilər! Səni buna istəyərək və ya qeyri ixtiyarı etdilər. Yanındayam. Mənim körpə balam, yanındayam. Elə özümləyəm. Bu mənim özüməm! Bu biz özümüzük!
Bu arada yeni bir sindromu sizlərlə bölüşmək istərdim. Concorde syndrome və ya Concorde fallacy. Açıqlaması, bir şeyə əmək verilməsi zamanı sonrasında, o durum insana zərər versə belə, o durumu buraxmama halıdır!
Konkord sindromu tez-tez yüksək gözləntilər, sürətli irəliləyiş və qeyri-real ideallar nəticəsində baş verən bir vəziyyətə aiddir. Ailə münasibətlərində bu sindrom həddindən artıq emosional gözləntilər və real olmayan ideallarla hərəkət etmək kimi özünü göstərə bilər. Bir başqa deyişlə, Konkord sindromu münasibət zamanı asılılığa aiddir. Yəni insan ayrılmaq istəsə belə, ayrılmaq düşüncəsi belə insana zərər verir. Münasibətdə partnyordan vaz keçə bilməməsi ilə yanaşı, etdikləri fəaliyyətlərdən də imtina etməkdə çətinlik çəkir.