Atan stula oturmağını istəyir!

 Ryan Holiday-in mənə tanıtdığı William Tecumseh Shermanı artıq siz də tanıyın. Qısa özündən yazsaq, ABŞ-ın ilk sivil generalı  və eyni zamanda Linkolnla dövrünə uyğun bir çox müzakirələrdə olmuş bir Vətəndaş müharibəsi iştirakçısı. Ard arda qalibiyyətləri ilə məşhur olan Şermanı niyə bəyənirəm. Eqonun əsir etmədiyi və onunla davranmağı əla bilən bir insan. Əsil nümunəvi şəxs. Stoikləri mənimsəyən və dövrünə uyğun tətbiq edən general.

A. Linkolnlə bir neçə görüşündən sonra məni ali baş komandan etməməyi şərt kimi irəli sürməsi tarixin səhifələrinə qızıl hərflərlə yazdırmışdır. Düşünün ki, kim birinci olmaq istəməz ki. O ərəfədə digər generallar 1-ci olmaq üçün yarışır. O isə 2-ci olmağı seçdi və bizə bu termini bəxş etdi. O bizə ikinci olmağı da arzulamağı aşıladı!. Tanış olun bu sözlə.  Shermanesque statement. Şerman bəyanatı. Respublikaçıların seçkilərdən öncə Şermanı namizəd kimi görmək istəyəndə, onun tutumu və tavrı bu bəyanatı yaratdı. Qısa baxış:

Sherman bəyanatı, Sherman çıxışı və ya tam Şerman adlandırılan Shermanesque bəyanatı, potensial namizədin müəyyən bir seçilmiş vəzifəyə namizəd olmayacaqlarını göstərən aydın və birbaşa bəyanatı üçün Amerika siyasi jarqonudur.

Termin Amerika Vətəndaş Müharibəsi generalı Uilyam Tecumseh Shermanın 1884-cü il ABŞ prezident seçkilərində Respublikaçıların mümkün namizədi kimi nəzərdən keçirilərkən söylədiyi Şerman əhdindən irəli gəlir. O, bundan imtina edərək, “Namizədliyimi qəbul etməyəcəyəm”,  “Seçildiyim təqdirdə xidmət etməyəcəm”. 13 il əvvəl o, eyni şəkildə demişdi: “Mən bununla bildirirəm və bütün dediklərimi nəzərdə tuturam ki, mən heç vaxt prezidentliyə namizəd olmamışam və olmayacağam; əgər hər hansı bir partiya tərəfindən namizədliyimi irəli sürərsəm, mütləq imtina etməliyəm; hətta yekdilliklə seçildim, mən xidmətdən imtina edəcəm.” Bu ifadələr çox vaxt “Əgər namizəd olsam, namizədliyimi irəli sürməyəcəyəm, seçilsəm, qəbul etməyəcəyəm” kimi qısaldılmışdır.

Onun bu düşüncəsi bir kapitalizmə əks fikir yaratdı. Birinci olmaq niyə hərkəsin arzusu olmalıdır! Niyə hər zaman güclü olunmalıdır!

Bu arada adındakı Tecumseh haqqında da bir neçə kəlmə də yazım.  Tecumseh Amerika Birləşmiş Ştatlarının Yerli Amerika torpaqlarına genişlənməsinə qarşı müqaviməti təşviq edən Şauninin rəisi və döyüşçüsü idi. İnandırıcı bir natiq olan Tecumseh geniş səyahət etdi, yerli Amerika konfederasiyası qurdu və qəbilələrarası birliyi təşviq etdi. Yerli amerikalıları birləşdirmək səyləri 1812-ci il Müharibəsində ölümü ilə başa çatsa da, o, Amerika, Yerlilər və Kanadanın məşhur tarixində əlamətdar bir xalq qəhrəmanına çevrildi. Bizə gəlib çatan bir kiçik dialoqu da diqqətimi çəkdi: Gələcəkdə ABŞ-ın başqanı olacaq William Henry Harrison ilə qarşılaşdığında tərcüməçi ilə arasında bu dialoq olmuşdur:

Tərcuməçi: Atan stula oturmağını istəyir!

Tecumseh:Atam! Mənim atam günəşdir, mənim anam torpaqdır, onun bağrına yatacam!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1