Amerikan Ninja, Rus Dudikov,Kinonu anlamamaq!

Yaşlı nəsil, xüsusilə 40 artı yaşı olan generasiya Amerikalı ninja filmini izləyib. Film bir neçə ardıcıl çəkilişləri ilə də məşhurdur. American ninja 2(Üzləşmə), filmini izlədikdən sonra bu günlərdə gəldiyim maraqlı fikirləri sizlə bölüşmək istərdim. Filmdə anladığım o oldu ki, baş rolda olan Michael Joseph Stephen Dudikoff Jr.,( Михаил Михайлович Дудиков) bildiyin təmiz rusdur. Çox təəccübləndim. Filmin adı amerikaN nincadır, ancaq adam özü rusdur.

Film, Karib adalarında çəkilib. Füsunkar səhnələr onunla bağlıdır həmçinin. Filmdə 2 Rangersi qarşılayan dəniz piyadası isə Larry Poindexterdir ki, nəinki aktyor, həm də müğənnidir. MUSI-CAL 2/11/19 Larry Poindexter “Cadillac Jack’s” , burdan Cadillac Jack’s mahnısını da dinləyin, pis alınmayıb.

Filmdə maraqlı səhnələrdən birində Kuji Kiri or Kobudera haqqında fikir seçir.

Kinonu təkrar izlədim və gəldiyim qənaət odur ki, bizlər millenium nəsil, 80-lərdə doğulanlar, müstəqilliyimizin ilk illərində izlədiyimiz filmləri əksərən rusca izləmişik. Təbii ki, milli dildə təhsil alanlar üçün rusca bilmədiyin halda rus tərcüməli filmləri izləmək çox çətindir. Filmi anlamadan izləmişik. Ümumən, filmi və hadisələri tamamilə yanlış şərh vermişik. Xüsusilə döyüş səhnəli filmlər ki, diqqətimizi çəkib. Niyə döyür adam, niyə döyülür, nədir ninca, niyə dalaşırlar it kimi? Bax belə…

Filmdə, Mike Stone var ki, rolu Tojo Kendir. Bu zat məni daha da uzaqlara apardı. Filmdə əsas real döyüşçü elə özü imiş. Belə ki, 10-cu dərəcəli qara kəmər ustasıdır. Hələ də yaşayır. Filippinlərdə. Maraqlı tərəfləri odur ki, bu adam Elvis Presley-nin arvadı Priscilla ilə eşq yaşayıb. Adı da odur ki, karate öyrədib Priscillaya. Boşandırıb Elvislə bu qadını. Davamına baxaq. Bəs Priscilla bununla 1975-ci ildə ayrıldıqdan sonra həyatına kim girib?

Kim Kardaşyanın doğmaca hüquqşünas atası Robert Kardaşyan Priscilla ilə eşq yaşayıb, evlənməyib, eşq yaşayıb. Bu Robertin də atasıgillər bildiyin Qars şəhərindən olan erməni əsillidirlər. Ortodoks xristian ermənilər!

Gələk sona ki, America Ninjanı Mike Stone, Priscilla Presley və Kim Kardaşyana necə gətirib çıxarıb!

Chaos theory, yəni xaos nəzəriyyəsi bir daha sübut edir ki, hadisələr hallara və bir birlərinə təsir göstərir. Necə ki, Yaponiyadakı kəpənəyin qənəd çırpınışı Amerika Birləşmiş Statlarındakı tornadoya istiqamət verirsə!

Həyatınızda təsadüfi insan yoxdur. Görünsə belə, səhnə arxasında rolları böyükdür. Necə ki, Elvisə cangüdən təyin edilən Mike Stone səhnə arxasında onun yoldaşı Priscilla ilə tanış olmuşdur!.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

2 Rəylər

  • Orxan Nəbizade

    Zaur bəy . Bir kinonu bu qədər qısa və dolğun anlatmağınız üçün sizə təşəkkürlər.sizin daimi izləyiciniz.

    • Zaur Haciyev

      Orxan bəy, Polşadan, Varşavadan məqalələrimi oxumağın ancaq qürurvericidir…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You May Also Like:

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1