Allah bəlanı versin Edward Bernays!

Il 1929. Edward Bernays Lucky Strike ilə bir anlaşmanın nəticəsiylə ilk belə bir kampaniyaya start verdi. Keşkə verməz olaydı. Kampaniyanın adı Torches of Freedom idi. Cəmiyyətdə o dövrə qədər siqaret çəkmələrinə pis gözlə baxılan və ayıblanan qadınlar hədəf alınmışdır. Lucky Strike sponsorluğunda, qadınlara da siqaret sata bilmək üçün hazırlanan kampaniyada öncəliklə bir qrup gənc model qadının əllərində siqaretlər və azadlıq məşalələri yazılan pankartlarla, New Yorkda bir şənliyə qatılmaları təşkil edildi. Bütün bunlar yenə bir yəhudi düşüncəsinin məhsuludur. Üstəlik də Zigmund Freudun qohumunun. Mütləq ki, ondan da bir şeylər öyrənmişdir. Ancaq kampaniyanın başlanmasından öncə Abraham Arden Brill ilə çox məsləhətləşmişdi və psixoanalist kimi onun fikirlərindən bəhrələnmişdir. Ancaq bu işlərin başı elə American Tobacco Company-nin prezidenti George Hill idi. O, o zamanki PR-ın atası sayılan Edwardın bu işin öhdəsindən gələcəyini gözəlcə öncədən görmüşdü.

Siqaretlər bir azadlıq simvolu olaraq tanıdılır, daha doğrusu azadlıq kimi bir düşüncə, siqaret kimi bir nəsnəylə əlaqələndirilir və məşalələrlə kimlik qazandırılır. Easter Sunday Paradeda ilk dəfə əlində siqaret çəkən bu qrup qadın artıq mövcud tabunu yıxmağa müvəffəq olmuşdular. Çünki, o günəcən siqareti qadınlar sadəcə evlərində və çox gizlincə görünməz yerlərdə çəkərdilər. Ardından iş adamları ilə mövcud olan bağlantılar sayəsində bu gənclər fotoqrafla paradda süsləndirilir və 1 aprel 1929-cu ildə ABŞ-ın ən nüfuzlu qəzetində New York Timesda yer alır. Şəkillərin altına atılan kommentlər isə: Bir qrup gənc qadın azadlıq təcəssümü kimi siqaretlərini dumanlıyırlar. Əlimizdəki şəkil aşağıdakıdır:

Edward Bernays, işi o qədər irəli götürdü ki, Lucky Strike-ın qapağına da əl atdı. Belə ki, paketlərin üzərindəki yaşıl rəngi qadınlara sevdirmək üçün o dövrün qadın modasını, Fransız modacılar ilə görüşərək,  yaşıla çevirməsiydi… Dahası, nəticə onlar üçün şəhanə, bizə isə ömürlük bəla. O dövrdə sadəcə 5 % qadın alıcı var idisə, daha elə o ili 12,5%-ə qədər yüksəldi. 1965-ci ildə isə bu faiz nisbəti 33,3% olmuş oldu. Gorun çatlasın Edward. Allah bəlanı versin Edward!!! Yox, daha dəqiq, Allah bəlanı versin Edward Bernays!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1