David Lynchi bu gecə xatırladım. Filmlərindən bir neçə parçanı da izlədim. The straight story kinosunda final səhnəsində Harry Dean Stantonun Farnsworthla sonluqda bir neçə cümlə ilə danışığını izlədim. Masterpiece, bro!

İki küsülü qardaş, sonda birinin uzun kmlərcə az sürətli otbiçənlə özünü digərinə ziyarətidir. Uzun illər danışmırlar. Filmin sonunda Alvin (Richard Farnsworth) uzun səfərdən sonra qardaşı Lyle-ın evinə çatır. Qapıda onu Harry Dean Stantonun oynadığı Lyle qarşılayır.
Onların dialoqu çox qısa və emosionaldır.
Səhnənin məğzi belədir:
Lyle əvvəlcə Alvinə baxır və onun bu qədər uzaq yolu otbiçən maşınla gəlməsinə inana bilmir.
Alvin sakitcə cavab verir ki, bəli, bütün yolu onunla gəlib.
Lyle təəccüblə soruşur: “Bura qədər onunla gəldin?”
Alvin isə çox sadə şəkildə: “Hə.” deyir.
Sonra:
Lyle qardaşının bu qədər əziyyət çəkərək onu görməyə gəlməsindən təsirlənir.
İkisi birlikdə oturub ulduzlara baxırlar.

“The only thing worse than awkward silence is small talk.” Tərcüməsi, “Utancverici (və ya yöndəmsiz) sükutdan daha pis olan yeganə şey boş söhbətdir.” David bu sükutu belə təsvir etmişdi. Səhnənin əsas ideyası
David Lynch burada göstərir ki:

Bəzən uzun sözlərə ehtiyac yoxdur, iki qardaş sakitlik içində barışa bilər.
Əslində film boyu Alvinin səyahəti fiziki yol deyil, qardaşlıq münasibətinə qayıdışdır.

Bu filmi izləyin. Soundtrackı da unutmayacaqsınız. Filmin musiqisini məşhur bəstəkar Angelo Badalamenti yazıb. O, tez-tez rejissor David Lynch ilə işləyirdi və bu film də onların əməkdaşlıqlarından biridir.

Adını çəkdiyim 4 şəxs də Allah rəhmətinə qovuşub. Sevilirsiniz!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1