Peşəkar inzibatçı, Bəxtiyar haradadır!?

Dünən 22 fevral 2026-ci ildə Başkənddə yaşanan bir hadisənin şahidi oldum və onu sizlə bölüşmək istərdim. Məkan Əhməd Rəcəblidəki Başkənt restoranı, gecə 3 radələri. 3 yoldaş yaxınlaşıb, inizbatçıyla yer məsələsini danışır. İnzibatçı yer olmadığını və yalnız 40 dəqiqə boş bir yer təklif edə biləcəyini bildirdi. Masa təklifini qəbul edib 3 yoldaş yerini aldı və isveç üsulu xidmətdən yararlanmağa başladılar. Ərkanca yeməklərini yeyib, söhbətlərini edirdilər. Masanın üzərinə kiçik kağız parçasına ad yazılmışdı, ad Bəxtiyar idi. Bəxtiyar bu masanı rezervə edən şəxsdir.

Gəl zaman get zaman 40 dəqiqə keçdi. Ofisiant yaxınlaşıb bildirdi ki, Bəxtiyar bəygil yaxınlaşır. Yavaş yavaş siz tamamlayın imsakınızı. Çox da mədəni deyir. Gəl gələk, o 3 yoldaşdan biri dedi ki, mən o Bəxtiyarı görmək istəyirəm. Ofisiant, Sədi çaşdı və baxışlıyla bu sualı verdi, necə bəyəm? Bəxtiyar bəyi niyə görəsiniz ki? Arada bir neçə dəqiqə keçdi, bu yoldaşlar, yeməyə davam, demək gülmək, bu dəfə yenə ofisiant yaxınlaşdı və bildirdi ki, yekunlaşdıra bilərsiniz bəylər?

O üç yoldaşdan biri bir daha bildirdi ki,bu masaya gələn Bəxtiyar bəyi görmək istəyirəm, hətta şəxsiyyət vəsiqəsini göstərsin. Bu dəfəsində inzibatçı birbaşa özü yaxınlaşdı və dialoqu aşağı yuxarı eyni şəkildə sizə çatdıracam:

Inzibatçı- Bəylər, siz gələndə sizə öncədən bildirildi, sadəcə 40 dəq vaxtınız var, siz razılaşdınız, nədir bu sıxıntı, hərçənd, 1 saatdan çoxdur burda, masada oturmusunuz

İnadkar yoldaş- Mən bir şey başa düşmək istəyirəm, Bəxtiyar bəy gəldimi və gəldisə mənə onu göstərin. Gəlsin bu masaya

İnzibatçı- Xeyr, Bəxtiyar bəy bu masaya gəlməyəcək, onlar artıq başqa masaya yerləşdiriliblər!

İnadkar yoldaş- Onda məni aparın ona, Bəxtiyar bəyi mənə göstərin, onunla danışmaq istəyirəm!

İnzibatçı- Yoxdur belə tələb. Sizi ona götürməyəcəyik…

Səs tonları artır və gərgin bir hava yaranır. Digər yoldaşlardan biri müdaxilə edir və bildirir ki, qardaş hər şey üçün təşəkkür edirik. Baxmayın siz bu yoldaşa. Biz də qalxırıq. Hər şey üçün təşəkkür edirik. Bu durumu görən inzibatçı, minnətdaram bəy, sizə də yaraşan budur. Siz sağolun.

Bu hadisəni sizə vaqe etməklə, burdan o inzibatçıya peşəkar davranışına görə təşəkkür edirəm və onun bu xidmətinə və səbrinə görə alqışlayıram. İşini sevən, işinə sayqı göstərən və belə təmkinli davranmağı məni çox sevindirdi.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1