Modern köləlik, görünməyən şəhər həyatı!

İlk dəfədir kafedə işə müraciət elədim. Qabyuyan vakansiyasına. Günü 20 azn. İmkansızam bu aralar. Ağır gəlir həyat mənə. Mətbəxdə 4 nəfər idik. Havasız yer, yeməyin qoxusu, günəşin işığı yox. Şəraitsizlik. İşçilərdən biri dedi ki, 3 aydır fasiləsiz işləyir. Digəri özünə aylardır pal paltar ala bilmir. Səhər tezdən axşama qədər işləyirlər. Bu köləlik deyildə nədir?

Qabyuyan, xadimə, aşpaz və kababçı… Kababçı hüzünlü idi. Sonsuz hüzünlü idi. Xadimə də hüzünlü idi. Qəribə dolu idi. Adamların həyatı ağır idi. Çox əziyyətlidir onların həyatı. Və bütün bunlar sadəcə az pulun qarşılığında. Qabyuyan olaraq 20 aznə dağ boyda qab qacaq yudum. Səhərdən axşama kimi. Bu dəvətsiz gəlişim xadiməni narahat elədi. Xadimə narahatlıq keçirdi mən qabyuyandan. İşini əlindən alacağam kimi düşündü. Hərçənd ki, mən ona müvəqqəti işlədiyimi bildirdim. Bildirdim də, ancaq başqa gerçəklər də var.

İş çıxışı restoran sahibi mənə, işlə bağlı, uğurlar arzu etdi. Bizə daimi işçi lazım olduğunu bildirdi. Anladım ki, xadimə “torbamı” tikdi.

Dünən mən də kölə idim. Xadimə bunu unutmuşdu. Onlar həyatın fərqində deyildilər. Mətbəxin bu arada kondisioneri də yox. Yayı düşündünüz.

Bonusumuz, bir qarın yemək. Makaran, toyuq fülesi ilə. Düzdür, toyuq filesi az idi. Çox az idi. Ayaqlarım ağrıdı. Çox ağrıdı.

20 azn pulu götürüb gələndə ağladım. Evə girənə qədər yöndəmsiz ağladım. Evdə ürəyim sıxıldı. Bərk sıxıldı. Sual yarandı, gedəcəksən ora? Təəssüf, gedəcəm. Həm də bir neçə dəfə.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1