Zen buddizm, həqiqət kitablarda deyil!

Zen buddizmi qavramını yeni tanımağa başlayıram və olduqca maraqlı gəlir mənə. Fəlsəfəsi sadədir, əlçatandır, müasir dövr üçün lüks deyil. Çin, yapon, qısacası şərq fəlsəfəsini özündə ehtiva edir. Elə bu aralar zen buddizimində, şərqlə qərbin düşüncə fərqini Başo və Tennisonla müqayisədə anlamağa çalışıram. Ancaq bugün mövzunun daha zen buddizimlə bağlı olmasını istəyirəm. Əsas prinsipləri gözdən keçirək:

Birbaşa idrak, həqiqətin kitab və jurnallardan yox, şəxsi təcrübədən əldə edilməsini bildirir. Kəsəsi, oxumaq, düşünmək, inanmaq deyil də, yaşayıb, anlamağı əsas götürür.

Sunyata, bir başqa prinsiplərdən biridir. Sözün mənası, boşluq, heçlik, özsüzlükdür. Burada obyektlərin və varlıqların daimi, müstəqil bir mahiyyətə malik olmadığı və şərtlərdən asılı olaraq mövcud olduqları bildirilir; başqa sözlə, heç bir şeyin öz-özünə mövcud olmadığını, müvəqqəti və bir-birindən asılı olduğunu vurğulayır. Sadəcə, yoxluq deyil,özsüzlük də əsas komponentlərdəndir.

Özsüzlük, heç bir şeyin (şəxs, obyekt, hadisə) sabit və dəyişməz bir “mən”ə və ya “mahiyyətə” (anatta və ya fədakarlıq anlayışı ilə əlaqəli) malik olmadığı fikrini ifadə edir.

Bağlılıq, obyektlərin təcrid olunmuş şəkildə deyil, hər şeylə əlaqəli şəkildə mövcud olduğunu göstərir.

Zen buddizmin əsas məqsədi düşüncəni sakitləşdirərək reallığı birbaşa yaşamaqla maariflənməyə çatmaqdır. Zenin kökləri Hindistana gedir, Çində Chan kimi formalaşır və Yaponiyada Zen adı ilə inkişaf edib.

Zen buddizm-düşünməkdən çox görməkdir, axtarmaqdan çox olmaqdır.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1