Zaur Əliyevlə 18 başlıq… Böyük olmaq kiçik olmaqdan başlayır !

Həyat Naminə rehab mərkəzindən Zaur Əliyev, adaşım bizi dəvət etdi və sağolsun, kitablarımızı mərkəzə hədiyyə etməyimizə şərait yaratdı. Onunla söhbət də maraqlı oldu. Onu siz də tanıyın. Deyəcəyi çoxdur, mən azını qeyd edə bildim. 10 il narkotik istifadəçisi olub. İndi tərtəmizdir və bu yolda xidmət göstərir.

1. Sağaldıqca hisslər açılır…

  1. Sağalan şey ağrımağa başlayır
  2. Qırılma nöqtəsi bizdə narkomaniyada çox önəmlidir. Ən azı 2 il müddət alır sağalmaq üçün!
  3. Mən zəif insan deyiləm. Sadəcə mən səhv addım atmışam. Narkotika da belə başladı.
  4. Rezidentin özünü təsdiq etməsi asan ola bilər. Yol göstərmə, izahat özünü güclü görür. Özü deyil əslində, obraz verilir ona. Burdan götürüb başqa yerə qoyanda bu insanları orda heçkim qulaq asmır. Rehab mərkəzində 4-5 nəfər dinləyicisi olması onun güclü olduğu anlamına gəlmir. Məkan dəyişincə digər insanlar tərəfindən dinlənilmədiyinin fərqinə varır.
  5. Hər şeyin artığını yaşamaq problemdir. Mən belə başladım narkotikə.
  6. İnsanı özünü aldatmağa başlaması elə narkomaniyaya girişdir.
  7. Ortaq yol seçməlisən, nə aldatdım, nə yalan danışdım!
  8. Pərt olduqca, arsızlaşırsan.
    10. Allah bizi cəm halda yaradıb, bir suala cavab axtarırsan, amma biri çıxıb elə bir şey deyir ki, cavabı tapılır. Sən o suala cavab tapa bilmirsən tək halda.
    11. Mənəviyyat nədir sual etsək bizim qaydalarımız olmalıdır. Ya sərt olmalı deyil, ya yumşaq.
    12. İnsanın fitrətində səhv var. Onun üçün bağışlanma sayı çox ola bilər.
    13. Bizə sağlam düşüncə lazımdır.
    14. Mən idmançı olmuşam, məni heç nə əyə bilməz, düşüncəsi məni yıxdı!
    15. Fərqimiz nədir? Barmaq hər birimizdə ayrı ayrıdır. Savadlı olmaq gözəldir, hisslərin kökü qorxudur. Tənhalıq, kökəlmək, Buna savad yox, hisslər cavab verir. Narkotikanın daddıqdan sonrası savadla deyil, hisslərlə davam etdirilir. Baxın, ən savadlılar belə narkotik aludəçisi ola bilir.
    16. Narkotik var həzz verir, narkotik var bəzilərinə narahatlıq verir. Narahat olanlar bir daha istifadə etmir. Özünü heçkim sınamasın!
    17. Asılı adam unikal adamdır, nəsə onda artıqdır. Kompulsiv olur. Nəticəsini bilir amma üstünə gedir.
    18. Böyük olmaq kiçik olmaqdan başlayır !

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

WhatsApp-dan bizə yazın
1