Həyat Naminə reabilitasiya mərkəzini adəti üzrə kitablar bağışlamadan öncə çıxış üçün bu dəfə Fariz bəy Məmmədovu dəvət etməyi düşündüm. Onun üslubu və içtən səmimi çıxışlarına bələdəm. Xatırladım ki, rehab mərkəzlərində adətən alkoqol aludəçiləri, narkaman və iqromaniya(onlaynvə oflayn qumar oyun istifadəsi) asılılığından əziyyət çəkənlər müalicə alırlar.
Yolboyu onunla müzakirə və söhbət məni hər zaman maraqlandırır və açığı ona çox vaxtı dinləməyi seçirəm. Bizdə dialoq alınmır. Daha çox Fariz bəyin çıxışı çox olur. Düşünürəm ki, nəyisə ondan öyrənə bilərəm və söhbətə girişsəm, olsun ki, nəyisə qaçırda bilərəm. O baxımdan, onunla söhbətdən bəzi başlıq fikirləri sözün yaxşı mənasında oğraya bildim. Sizlərlə də bölüşürəm:
1.Necə yaxşısan? Detallı danış. Pis hadisələr çox detallı danışılır, amma xoş hadisələr az danışılır.
2. Belə də olmalıdır! Bu sözü deyənlərdən çəkin. Onlara isti ya soyuq tafotu yoxdur.! Hava hərgün belə olmalı deyil!
3. Sənin gözün var, əlin var. Onun yoxdur, birininkinin də yoxdur. Düşün hərgün eyni gün deyil!
4. Sənin bir uğurun bütün uğursuzluğun üstündən xətt çəkə bilir.
5. Biznesdə bir dəfə dvijeniya edirsən, əgər tutdusa, bəs edir, ondan öncəkiləri uğursuz olsa tez unudulur, hamının dediyi sadəcə, bugün budur. Gerisini buraxır insanlar.
6. Dünən yaxın olmaq istəyənlər, bugün uzaq olmaq istəyirlər
7. Ən sədaqətli insan, əslində ehtiyacına sədaqətliymiş.
8. Söz Allahın böyük nemətidir. Quran sözlərdir, Allah bizlə sözlə danışır. Sözün qədrin bilin.
9. Söz dünyanı xilas edən bir şeydir, söz dünyanı dağıdacaq da bir şeydir
10. Biləni ver qabağa
11. Böyük danışma, Allah cəzalandırır.
12. Quran düşünənlər üçündür, dayazlar üçün deyil


