Bugünki tarixlə, 17 oktyabr nəsib oldu ki, İlqar bəy İmamquliyevlə(İlazero brendinin qurucusu olaraq) ilə həm tanış olduq, həm də bir çox suallara və onun dərin fikirlərinə aydınlıq gətirdik. Tam səmimi ortamda Şamxalla onu tanımağa çalışdıq. Sağol İlqar, tam səmimi oldun bizlərlə. Tanış olun 58 aşağıdakı fikirlə:
- Qapı geniş şəkildə bağlanıb mənə.
- Mən mübarizədə doğulmuşam, mən nə Makedoniyalı İskəndərəm, nə də Məhəmməd peyğəmbər A.S. deyiləm. Mən İsa peyğəmbər də deyiləm.
- Bu hadisələr(yaşanan bütün mənfi və müsbət hadisələr) mənə məni sevdirdi.
- Anladığım odur ki, ilk özüm. Hər şeydən öncə özüm.
- Bugün anlayın ki, kimə nə qədər çox versəniz onlara az gələcək.
- Mənasız mənəvi dəyərləri çox soxuşdurublar bizə.
- Həyat şablonlar üzərində qurulmamalıdır.
- Qohumlar mənə səmimi gəlmirlər.
- Kasıb olsam da, tərbiyəli böyüdüm.
- Ailə dəyərləri nisbidir.
- İlk sən xoşbəxt olmalısan.
- Ağılsız özünü düşünmək eqodur.
- Mən bugünə kimi başqalarının xoşbəxtliyindən xoşbəxt olmuşam.
- Empatiya ya sənə verilib, ya verilməyib.
- Hörmət etdiyimiz insanlar yolun ortasında bizi yarı yolda qoydular.
- Mən şəxsə pislik etməmişəm, bu nəyin karmasıdır?
- Bir zamanlar çox verilişlərə dəvət olundum.
- Bəzi verilişlərdə özüm deyildim. Qabağımdakı adam mən , o da mən deyildim.
- Həyat yolu birdir.
- Mənim başıma gələnlər, başqalarının başına gəlməyə bilər.
- İki dodağın arasından çıxan o ankı söz və ya qərar sənin 7 sülaləni rəzil duruma qoya bilər.
- Səni anlamayanlardan mədət umma…
- Zirvədəykən sakit ol, Fatih terimin bu fikrinə fikir bildirəndə cavab olaraq, təsdiqlədiyi açıqca ortada.
- 13 yaşımda atamı özüm evləndirdim. Məni dinləyirdi atam.
- İstənilən halda mən heç vaxt xoşbəxt ailə görmədim.
- Bugün vəzifə mövqeyinlə mənə niyə cırmaq atırsan?
- Qalstuka heç vaxt önəm vermirəm.
- Tən insanlarla uğur paylaşın.
- Mənim dostlarım kasıb uşaqlar olub.
- Bizim ağzımız yerə dəyməməlidir.
- 1 qəpiyim də yoxdur, amma çox rahatam.
- 1 qəpiyim də olmasa, arımı itirməmişəm.
- Həyata küsməmişəm. Arımı itirmədən həyatımı itirmək istəmirəm.
- Yatmaq mənim çıxış yolumdur. Bəlkə yuxuda xoş bir rüya görərəm.
- Transformasiya periodu bir anda gəlir. İçində qırılan şeylər çox olur.
- Evim üçün bərk darıxıram. Bəzən o yadıma düşür.
- Bar və diskotekalar gəncliyimdə mənə təsəlli yeri ola bilməz.
- Bu başla artıq yaşamaq istəyirəm.
- Mən bugün bir simurq quşunun taleyini yaşayıram.
- Ən ağır günlərimdə gülürdüm ən yaxın dostumla.
- Əbədi inandığım odur ki, yaxşı dost əbədi davam edə bilər. Sadəcə 2 şeyə önəm verilməlidir, bir güzəşt, bir də investisiya. Yatırım qoyulmalıdır hər iki tərəf bir birinə.
- Ən müqəddəs şey dostluqdur. Mən inanıram ki, möhtəşəm dostam.
- Hər şeyi öz adıyla çağırmaq lazımdır.
- İnsanlar var xruşovkadır, insanlar da var açıq səmadır. Götürdükcə götürür.
- Biz valideynlərimizi, qardaş və bacılarımızı seçməmişik. Pislər onlarında içində var. Biz valideynlərimizin proyektiyik.
- Valideyn övladdan istifadə edə bilməyən də, nankor övlad olursan.
- Qardaşım mənə arxayın 4 uşağı böyüdür. Mən kömək edə bilməyən də pis qardaş oluram.
- Vəziyyətlər və situasiyalar fərqlidir.
- Orta yaş sindromu artır bir çox insanda.
- Dəli dolu(pul çox qazanıb ora bura saldıranda), yeyib içən(çox içəndə), keyfinə baxan(gəzəyən olanda) necə ikili yanaşma var ortada.
- İnsanı pul dəyişdirmir, necə olduğunu ortaya çıxarır.
- Yaxşı olmalıdır ləyaqətli insanlar.
- Yaxşı adamam cənabi haqq, niyə bu qədər zülm çəkirəm?
- Bugün veriləcək dadı, niyə 50 yaşımda alım ki?
- İnsanlar kibrit çubuğu deyil.
- Mən 37 yaşımda ölürəm hər gün 10 dəfə.Hər gün yer aralansın, 100 dəfə içinə girim.
- Olduğumdan çox böyük görünmüşəm, bəlkə də çox eqoist olmuşam.
- Tək rəqibin özün olmalısan. Əks halda başqaları ilə müqayisə edəndə, sən özünü itirirsən.
Görüş əsnasında sadəcə 58 fikir yaza bildim və mən bir çox şeyi özümə dərs götürdüm. Sizlərlə də şəxsən özü razılıq verdi ki, paylaşım. 2 adam da burdan nəsə öyrənsə mənə bu çox xoş olar dedi. Növbəti görüşdə onunla bir başqa fikirləri də alacam ona görə də bu müsahibəli fikirləri 1-ci hissə adlandırıram.



