Bir neçə gündür gəldiyim qənaət odur ki, hərkəs ondan danışır və ciddi şəkildə tənqid edir. Onun həbs edilməsini faciə hesab edir və ordan onu öz çapında məhvə sürükləməyə çalışır. Sənə bunu soruşan var, və ya sənin fikrin nəyisə dəyişir…
Sən heçkimsən, o da heçkimdir, sən onun üçün heçkimsən, o sənin üçün heçkimdir. Bu düşüncəyə varsan, sənin fikir bildirmənə və danışmağına əsla gərək yoxdur. Mən onun üçün heçkiməm, o mənim üçün heçkimdir. Niyə bu qədər özünüzü ciddiyə alırsınız!?
Dünənə kimi, çəkib profilinə qoyduğun şəkli paylaş deyə müraciət edənlər var. Söz atanlar var, söz oyunu oynayanlar var. Niyə bunu edirsiniz? Bu nəyi dəyişəcək? Niyə insanı öz vicdanıyla üz üzə qoymağa çalışırsınız, nə əldə edəcəksiniz. Sındısa nə olacaq?
Düşünün bəylər, bugünün sabahı var…