Günümüzün Moskvası Səid Namazovun gözündən. Gördükləri, eşitdikləri və yaşadıqları…
Səid deyir ki, Moskva bu ay bu günlərdə belə gözəl olmamışdı. Qolu qısa da gəzirdim.

Qiymətlər çox bahalaşıb. Qaldığım otel Yes Botanica oteli idi. Meşənin yanı… Gedən orda qalsın.
Sərgidə türk sayı artıb. Əvvəlki illərə müqayisədə.
Emirates təyyarəsi çox möhtəşəmdir. Nəzərinizə çatdırım ki, Dubaydan Moskvaya Emirateslə uçdum. Həm yeməyi, həm monitoru digərlırindən daha üstündür. 39000 min ft yüksəklikdən vatsap üzərindən gedəcəyim şəhərdə otelimi araşdırırdım. 5 dollar kifayətdir ki, Emiratesdə vatsapı uçuş boyunca istifadə edəsən.
Rusiyada havalimanında sərhəddə artıq 2 bölgü var, vətəndaşlar üçün. MDB ölkələr ayrı, Rusiya və Belarusiya isə birgə ayrı. Təsəvvür edin, MDB ölkələri sıra mədəniyyətinə hələ də yiyələnməyib. 2 saat 40 dəqiqə növbədə gözlədik. Gördüyüm o idi ki, nəinki, qeyri rus ölkələrdən gələnlər, hətta Rusiya vətəndaşlarının deportasiyasını və ya gəldiyi ölkəyə göndərilməsinə şahid ola bilərsən.
Taksilər hər yerdə fırıldaqçılığa meyllidirlər…
Rus otellərinin bir çoxunda səhər yeməyi olmur…
Üstündə möhür olan heç bir dollar əskinazı banklar tərəfindən qəbul olunmur. Visa, Master işləmir Rusiyada.
1957-ci ilə aid Mərkəzi Uşaq Dünyasında oldum. 2 il əvvəlki qiymətlərlə bugünün çox kəskin fərq edir artımda. Qiymətlır bahalaşıb. Əvvəl 30 azn aldığım oyuncaq artıq 120 azn dəyərində bahalaşıb. Ancaq matorika inkişafı ilə bağlı oyuncaqlar Bakımızda az təklif olunur və olanda yenə dəyərindən qat qat bahadır… Çeşidlilik yetərsay deyil. Azın azı.