The Watcher adlı bir serialı izlədim və gəldiyim qənaətləri sizlə də bölüşmək xoş olar. Anladığım bu serialda müşahidə etməyin nə qədər təsir gücünə sahib olduğunu bir daha gördüm. Serialda müşahidənin bir neçə növünü daha rahatlıqla gördüm. Bu məktub göndərməklə də mümkündür, bu evinin bir aynasını qırmaqla da, evindəki sincabın öldürülməsilə də, hətta başına kapışonka keçirib evin 10 m kənarından izlədikdə də. Ən sonunda üzünə baxıb hədəf adamın səni müşahidə edirəm demək də ən pikidir.
The Watcher, seyrçi, gözətçi mənalarını verir dilimizdə. Türkçə isə bu mənalara gəlir, gözlemci, izleyici, bekçi, gözetmen, gözcü. Hər bir halda göz burda əsas rol oynayır. Gözlə müşahidə və ya seyr etmər aşikardır. Qaçınılmazdır. Göz önəmlidir müşahidədə. Serialda bir neçə başlıq diqqətimi çəkdi. Belə ki, sadə yazılan məktublar və bu məktubların yeni ev sahiblərini necə narahat edir. İnsanların kiçik vəsvəsə və ya zərərli fikirləri böyük nəticələrə gətirir. Bitməyən istəklər, hədsiz istəklər, çərçivələr içində çərçivəsizliklər, başqa nə desəm. Bitməyən tələblər, şəkilləmələr, şəkilləndirmələr… Azadlıqlar içində məhdudiyyətlər, məhdudiyyətlər içində sərhədsizliklər. Kim kimi aldadır. Aldadan kim, aldadılan kim? Amma burda qalmaq istəmirəm.
Məsələ başqadır. Birini gözətləmək, müşahidə altına almaq çox təhlükəlidir. Düşündüyünüzdən də təhlükəlidir. Nəticədə siz bunu hiss etdikcə dəli olursunuz, dəli ola bilərsiniz. Ağlınızı itirə bilərsiniz. Məntiqinizi itirə bilərsiniz. Necə? Elə epizodlardan birinin adı Ocram’s razor, yəni Okkam ülgücü təsadüfən belə adlandırılmayıb. Okkam ülgücü, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. Müşahidə altında olmaqla, müxtəlif yaşanan hadisələr səndə elə Okkam ülgücünə rəvaclar verir.
Bir epizodun adı isə Götterdämmerungdur ki, mətnlərdə, Götterdämmerung termini həmçinin bir cəmiyyətin, rejimin, və ya bir qurumun güclü, gözlənilən və tez-tez zorakı bir çöküşünü ifadə etmək üçün metaforik olaraq istifadə olunur. Ağır müşahidə altında olan insan, insanlar, cəmiyyət sonda elə Vaqnerin də bir əsərinin adı olan Götterdämmerung-a məruz qalır. Əsl tərcümədə Tanrıların Şəfəqi mənasını verir.
Müşahidə kameralarının olması əslində bir apartman dairəsini, bir bina kompleksini, bir lifti mənfi zorakılıqlardan qoruyur və bunun hamımız üçün nə qədər yararlı olduğunu bilirik. Amma hər hansı şəxsin və ya şəxslərin şəxsi maraqları və ya hər hansı aludəçiliklə bağlı bizə seyri, bizləri narahat edir. Necə ki, sən məni güdürsən, sualı necə ikrah doğurursa!