O qalıb sənin kişiliyinə… Fərid bugünki görüşdə əmlak işində yaşadığı təcrübələri bir xeyli danışdı. Danışdıqca da, əsəbiləşdi, sevindi, qürrələndi. Biz də dinlədik. Hətta Elçin bir xeyli sual da verdi…
- Pulu kişi kimi qazanmaq lazımdır. Nakladka etmək doğru deyil. Nakladka eləmək, üstünə pul qoyub, alıcıdan daha çox pul tələb etmək. Misal, 50000 qiymətli evə 55000 deyib, 5000 artıq tələb etmək. Bu nakladkadır. Üstəlik, alıcıdan 1 faiz, satıcıdan 2 faiz tələb etmək də işin içindədir.
- Çay içmək, bir qismət çörək yemək puldan önəmlidir. O adamlara , nə verirsən, ver!, deyirəm. Pul demirəm. O qardaşlara və bacılara pul tələb etmirəm.
- Son əmlak bazarında kirə qiymətləri artıb. Mən çalışıram ki, tələbələr çöldə qalmasın.
- Mənə əmlakda pul atan adamlara, kişiliyi xatırladıram. Kişiliklə qazanmağı və halallığı təkrar təkrar yada salıram. Beləliklə, pulumu dirildə bilirəm.
- Halallıq önəmlidir. Halallıq istəyirəm, başqa heç nə istəmirəm…
Fəridi 6 ildir tanıyıram. Sizi yarı yolda qoymaz. Məni yarı yolda qoymur.
