Bir çox hallarda qarşılaşdığımız bir hala fikrimi bildirmək istəyirəm. Düşünürəm ki, bu hamımız üçün də faydalı olar. Sırasıyla iki başlıqda təqdim edirəm:
- Çevrəmizdə onlarla insanın bizi tanıması və sevməsi və ya təqdir etməsi və ya gerçəkdən və ya saxta şəkildə, istəkli və ya istəksiz şəkildə etməsi sizi aldatmasın. O insanlara özünüzü təsdiq etmə və ya sevdirmə və ya bəyndirmə ən sonda heç nə vermir. Çox az bir şey verir. İstifadə edəcəkkən, əslində istifadə olunan sizsiniz. 5 nəfər tərəfindən həqiqi sevilin və ya qarşılıqlı faydalı şəkildə münasibət qurun bu sizə yetər də artar. Yatırımınızı bura edin. 5 adamı zatən zorla idarə edəcəksiniz. Üstünə, ailəniz də varsa, ata ana da sağ, bir az da qohumbazsınızsa, kifayətdir bu say. Bu sayda həqiqi dostluğa çevrilən münasibət varsa, bununla siz 5 adama sahib olmursunuz. Onların da sahib olduğu 5 adama sahib olursunuz.
- 5 əsl dostunuz varsa, bu 5 əsl dostun da 5 əsl dostu varsa, qarşınızda artıq 10 əsl dost var. 10 dosta artıq sahibsiniz. Əgər varsayaq, hər 5 dostunuzun da 5 dostu varsa, o zaman 30 dostunuz var. Çox olmadımı əziz insanlar? Düşünün ki, beləcə say ciddi şəkildə artdı. Əgər ən yuxarıdakı adama, vəzifəli bir adama çıxmaq istəyirsənsə, buna ilk beşliyində olmasa da növbəti beşliyində vara bilərsən.