Axı dədə babalarımız belə deyildi! Qardaş kimdir!?

Bizim Cəmili tanıyırsınız, bəli yaxşı tanıyırsınız. Cəmil Əkbər. Ona sonuncu mogikan deyirəm. Hələ də ayaqdadır. Allahın bir möcüzəsi. Görüşün onunla. Hər sahibkar dost onunla görüşsə çox yerində olar. Oturduq, dərdləşdik, danışdıq, söhbətləşdik. Dediyi bir neçə başlıq oldu. Biri diqqətimi çox çəkdi. Xahiş etdim, dərininə endik Maraqlı bir baxışla işıq tutdu mövzuya. Oxuyun. Oxudun.

Sağlığında qardaş dediyin və qardaş eşitdiyin adamlardan ölümünə qədər bir yerdə və ölümündən də sonra bərabər başqa yerdə olduğunu zənn edirsən. O vaxta qədər ki o gəlir. O? çətinliklər, xəstəliklər və yaxud da ən yaxşı halda ölüm. Çünki, dünyanı dəyişəndən sonra bu dünyadakı əlaqələr qırılır. Əlaqələr nədir?  Kimə lazımdır? Vəya kimin üçündür? Qardaş deyilən bir toplum, ölümə qədər bərabər olacağını sözlərlə ifadə edirdi. Ölüm gəlir, əlaqələrdən heç nə qalmır. Ölüm deyərkən bu xəstəlik, problemlər, gözlənilməz məsələlər nəzərdə tutulur. Ölüm gəlir, əlaqələr kəsilir. Və kəsilmiş əlaqələri xatirə və yaşadıqların dəyərinin itməməsi üçün qardaşının ailəsinə gedirsən və bunu heçkəs bilmir, getmə səbəbi isə kömək və dəstək üçün. Gizlincə dəstəyini edirsən və soruşursan, digər qardaşlar gəliblərmi? Qardaşlardan isə heç kəs gəlmir, deyə cavab alırsan, özünü qınayırsan ki, gərək xəbər edərdim, tələsmişəm. Amma səbr edib dəstəyi əsirgəmədən, 6 ay sonra yenə gəlirsən. Qardaşın oğlu ilə danışırsan və soruşursan, qapınız açılır?, deyir açan yoxdur, eşitdiyinə inanmırsan, axı biz bərabər idik. Axı biz qardaş idik. Axı biz ağzı dolu danışırdıq. Bəs hərəkət? Hərəkət yoxdur, çünki qardaş da hərəkətsizdir. Çünki, qardaş üçün torpağın altında soyuq və ya isti olması, torpağın üstündə olan qəbirdaşının  daşdan və yaxud mərmərdən olmasının fərqində deyil. Necə ki, qardaşların da fərqində deyillər, ölən qardaşlarının ailəsi soyuqdadırlar, istidədirlər, yeməkləri, içməkləri. Bəlkə də, evin içərisində hər hansı ağır bir əşyanın qaldırılmasına ehtiyacları var, amma qardaşlar yoxdur. Yaddan çıxdı qardaş, yaddan çıxdı sözlər, bərabər keçirilən vaxt, qardaşın bizə etdikləri, qardaşın bizə görə keçdikləri, əmanətləri, kəlmələri. Hamısı yaddan çıxdı, necə ki qardaş yaddan çıxdı. Qədimdə kişilər vardı. Etdiklərini deməzdilər, indiki zəmanədə deyəsən kişilər, etmədiklərini deməkdədilər. Az qalır sosiyal mediada etdikləri və etmədikləri və yaxuddakı üzərinə 10 da artıq qoyub, özlərini reklam etməkdədilər.

Kim bizi dəyişdi, zəmanə, bəs zəmanəni kim dəyişdi. Biz? Axı dədə babalarımız belə deyildi.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

WhatsApp-dan bizə yazın
1