Rüfəti yaxından tanıyaq…

Sizə danışım Rüfətdən. Lucky Rüfət, los.az Rüfət ya da Lucky Travel Rüfət. Hər bir halda kimdən danışdığımı artıq bildiniz. Rüfəti ilk dəfə AKİAB səhər yeməyində tanıdım. Asi, tələbkar və açıqsözlü. Fərqlənirdi hamıdan. Açıqca niyə bura toplanmışıq və hansı gözləntiləri var, eyni zamanda bir birimizə necə faydalı ola bilərik deyə çıxışlar etdi. Ancaq bununla bitmədi. Növbəti səhər yeməklərində eyni səpkidə çıxışlar davam etdi. Ardı, ardı daha da tələbkar. Necə?

Burda bir neçə şirkət var, bizimlə əlaqəyə keçdilər amma davam etmədilər müzakirələrə. Bir neçə şirkət burda varki, adi qiymətlərimizlə belə maraqlanmırlar və başqa şirkətlərlə işləyirlər. Biz bura niyə yığışmışıq kimi nəticəvari suallar ortaya atırdı. Sevdim onu. Belə birbaşa sorğulamaları və səmimi çıxışları özünə qarşı güclü reputasiya yaratdı.

Rüfətlə münasibətimiz Mafiya oyunları ilə intensivləşdi. O zamanlar tək bizdə keçirilirdi ki, ona da rahatlıqla gəlirdi. Ən güclü yalan və gurlu çıxışlar ona aid idi. Komanda istədiyi kimi oynamayanda əsəbləşməyi də gözdən yayınmırdı. Cırnayırdı, niyə də mafiyanı çıxartmırıq deyə? Nə gizlədim, məni belə bir neçə dəfə oyunda bərk inandırıb, sonra da aldadıb, qalib gəlib!

Rüfət, bugün də bizim mafiya oyunlarına gəlir və gözdən qaçmıyan odur ki, bağlılığı və loyallığı açıqca görünür. Rüfəti bir iş dünyasından partnyor kimi artıq görmürəm, onu özümə yaxın bilirəm. Yarada bilir bu yaxınlığı. Qəribəsi odur ki, 2 dəfə biz Bakı xaricində təsadüfən bir araya gələ bilmişik. Bir dəfə doğma Gəncədə, digərində Praqa da kralın körpüsündə. Gəncədə yenə bir siqnal var idi. Bildik ki, eyni şəhərdəyik. Praqaya nə deməli? Eyni gün, eyni saat, yandan keçirəm və o məni görüb səslənir. Buna nə ad verəsən? Söz tapmıram. Allah and olsun, ad da qoya bilmirəm. Özünə demişəm, taleyimizdə birləşmək var. Amma necə və harda? Allah səbəb salsın. O gün bir neçə yoldaşla birgə mən və Rüfət birgə xeyli söhbət etdik və günün dadın çıxartdıq.

Rüfət mən qayıdıram Vətənə, sən hardasan?

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

1 Rəy

  • Качественный вызов электрика в Москве по разумной стоимости
    Мастер электрик на дом elektrik-master-msk.ru .

  • Salam Zaur.
    Mən hələm Vienadayam. Sabah keçəcəm Budapeştdə. Səni görməyə çox şad oldum.

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1