Motsartla bağlı fikirlərim…

Motsart, əsl adı ilə Joaness Chrysostomus Wolfgangus Theophilus Mozart bu cür olsa da, bu ad ona kilisə tərəfindən verilib, özü Volfqanq Amadey Motsart adını istifadə etmişdir. Atası Leopold Motsart Augsburgda doğulub. Bu Şvayb ərazisindən, Bavariyaya bağlı bir şəhərdir. Ordan gəlib Salzburqa. Qısacası, Amadeus Mozart təmiz almandır, avstriyalı deyil. Mozart sözünün kökü qədim almancadan tərcümədə bataqlıqdan(from the bog, marsh) gəlir. Elə qəribədir ki, borc bataqlığında da öldü. Daha da acınacaqlı tərəfi adam hara basdırılıb, məlumat yoxdur. Heç arvadı da dəfn də iştirak etməyib. Vyanda basdırılıb. Gedəndə Vyanaya atası çox qarşı çıxdı və elə o vaxtdan nəzarətdən çıxdı. Öldüyündə də, eynən belə deyib, bu yer üzündə olmayan bir şey hiss edirəm(I feel something that is not of this earth)

Hər iki müzeyində də oldum. Zalsburq daha məqsəduyğundur, özünə aid bir şeylər var və maraq cəlb edir. Qiyməti 15 eurodur. Vyanadakı müzey də 14 eurodur. 1 euro aşağıdır. Vyanadakı məsləhət deyil. Zalsburqdakı ev müzeyində şəxsi əşyalarını və istifadə etdiyi nəsnələri görmək mümkündür. Ömrünün 17 ilini orda keçirib. Məktubları və yazışmaları rahatlıqla görə bilərsiniz.

Vyanadakı belə deyil. Əsasən məlumat xarakterlidir. Maketlərdir və o dövrə aid nə varsa onun maketini yaradıblar. Ancaq yaşadığı ev həqiqətdir, bir tək onu saxlayıblar. Kassir türkdür, özü də kayseri kökənli İstanbulludur. Bir türkçə rahat merhaba deyə bilərsiniz.

Motsart, bildiyiniz mason olub və açıqca bunu bildirirdi. Üzv idi. Geyim formalarını Vyanada ev müzeyində görə bilərsiniz. Motsart Türk marşını yazmaqda səbəb onun mehter marşından ilham aldığına görəymiş. O qədər ona təsir edir ki, Rondo Alla Turca əsərini yaradır. Solaxay olub, eynən Eynşteyn kimi.

Atası hələ Motsartın istedadı qarşısında dəfələrlə ağlayıb. Uşaq olasan belə fitri istedad hə. Bacısı, tək bacısı Nannerlin bunu belə nəql edirdi. Bu adam atası sayəsində uşaqkən bir çox ölkə və şəhər gəzir və digər şəxslərin əsərləri ilə tanış olur. Gəzməklə öyrənir. 1o yaşındaykən Londonda İohan Baxla tanış olur. Bax demişdi ki, bu uşaq gələcəyin ən parlaq bəstəkarı olacaq. 5 ay təlim alır Baxdan. Sonrakl illərdə də bunu deyir.

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1