Vyanada Türklər…

Praqadan gəldiyimdə Vyanaya, avtobusdan enər enməz Bolt tətbiqindən verdiyim sifariş bir neçə dəfə imtina edildi və hər dəfəsində sürücünün ya Mehmet, ya Mustafa, ya Yılmaz, ya Ender diye türk kişi adlarıyla qarşıma çıxdığının şahidi oldum. Sonunda Yılmazla yol aldıq hostelə. Bu və digər hallarda istifadə etdiyim bütün taksi sifarişlərində ancaq türk qardaşlarla yol aldıq.  Yol boyu söhbətlərdən inciləri sizlərə təqdim edirəm:

  1. Zamanında tələbə kimi gəlib, təhsil alıb və mühəndis olan Mustafa bugün taksi şoferidir. Niyə deyincə? Avropanın ehtişamına aldandım və Konyaya dönmədim deyir. Evlənib bir türk xanımla da keçinib gedir. Ancaq övladları Türkiyədə təhsil alacaq, özü də 67 yaş olunca Konyaya qayıdacaq deyir. Məna tapmırsan? Çox mehriban və yardımsevər qardaş idi. Ünvana qədər götürdü və yol boyu maraqlı söhbət etdi.
  2. Bir digər türk qardaşımız Yılmaz o da 40 ildən çoxdur Vyanada. Zamanında əlli cür iş görüb və bugün taksi şoferi olmasına səbəb, cəsarətsiz olmasında görür və deyir ki, cəsarət etsəydim həyatımın bir neçə yerində bu hala gəlməzdim. Bir də bildirir ki, xoşbəxtlik ertələnməməlidir. Yəni, məsud olmağı təxirə salmamalısan. Elə bugün. Əks halda heç məsud olmursan!
  3. Bir digər gənc türk qardaşımız bildirir ki, taksicilik mənə komfort gəlir. Pulumu da qazanıram və çox da mutluyam. Ailəliyəm və uşaqlar da var. Bir addım kənara çıxa bilmirəm. Dərin müzakirələrdən gəldiyimiz qənaət odur ki, ay atamgil kömək etsə, ay bir yerdən dəstək olsa mən oxumağıma davam edərəm və həyatıma dəyişərəm kimi cümlələr sadəcə bəhanədir.
  4. Türklər burda bir birini tanıdıqdan sonra sanki qaçırlar, uzaq durmağa çalıçırlar. Bunu gənc Osmanla müzakirə edəndə təsdiqlədi. Qardaşlar, unutmayaq ki, Allah bizi cəm istəyir. Cami sözü də ordan gəlir. Sizi güclü edəcək tək şey ancaq birliyiniz ola bilər. Əks halda çox çətin.

Çox təəssüf ki, türk dostlarımızı taksi şoferi görmək üzücüdür. Yəni, düz anlayaq ki, bu adamlar ali təhsilli və bəlli bir bilik kapasiteləri var, amma ki, şoferdir. Heç olmasa, övladları oxusun və irəlidə ciddi vəzifələrə gəlsinlər.

Amma ki, bərbər, kafe və restoran işlədən çox türk qardaşlarımız da var. Onlar son illər baqqal və kiçik marketləri də işə salırlar. Son 2-3 ildə əmlakçı türk qardaşlar da var. Sayları toplamda 360000-500000 arası götürülür və bu da ölkənin 3-5 faiz əhalisinin bir faiz göstəricisidir. Vikidən baxdığımızda futbolçusu, pianoçusu və də siyasətçisi də var, ancaq daha çox iş dünyasında və siyasi arenada türk görmək ümidiylə…

İri olalım, diri olalım, bir olalım!!!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1