Oobah Butler, jurnalist və filmçəkən bu ingilis dünyaya bir dərs verdi və bundan danışmaq mütləqdir. 2017-ci ildə The shed at Dulwich adlı saxta bir restoran yaradır və bu restoran tripadvisora yerləşdirilir. Yüksək puan və nəticələr alan bu restoran demək olar ki, fəaliyyət göstərmir. Sadəcə 1 dəfə 10 nəfərə eyni vaxtı xidmət verir. Bu necə oldu?
Yaxşı bu restorandırsa bunu menusu olmalıdır, bu tripadvisordadırsa şəkilləri olmalıdır. Saxta menyunun mövzusu “əhval-ruhiyyə” idi və Butler məişət məhsulları və təraş köpüyü və qabyuyan maşın tabletləri kimi şəxsi qulluq ləvazimatlarından istifadə etməklə yaradılmış saxta yemək boşqablarının, üstəlik səhər yeməyi ətinə bənzəyən öz yalın ayağının şəklini çəkdi. Təsəvvür edirsiniz yalın ayaq ət əvəzi. Menyudakı bir yemək “Empatik: Ağ yer kökü, yerkökü, kərəviz və kartof ilə şəffaf bulyonda vegan istiridyeləri, üstəlik çovdar xırtıldayanları ilə verilir. Belə mırt tutan olmamışdı tripadvisorda. Buna plyuslar, yüksək qiymətlər nə deyim mükəmməl rəylər. Amma ki nə restoran var nə də menyu nə də müştəri. Ancaq rəyləri Oobah Butler, dostlardan xahiş etmişdi ki, yazın, nə qədər gözəl sözlər varsa yazın.
1 noyabr 2017-ci ildə The Shed Londonun ən yüksək reytinqli restoranı olub. Həmin ayın 17-də bir gecə açıq oldu, on qonağa müxtəlif “əhval-ruhiyyələrə” əsaslanan nazik maskalı mikrodalğalı yeməklər təqdim etdi, heç bir ödəniş almadı.
Proses haqqında onun məqaləsi və “TripAdvisor-un №1 Saxta Restoranı Necə Olmaq olar” sənədli filminin yayımlanmasından sonra hekayə viral uğur qazandı. Vice bu günə qədər bütün dünyada 100 milyon baxış aldığını iddia etdi.
Öz evinin bağçasında olan kabineti restoran elan edən Oobah elə evinin yerləşdiyi küçənin adını da restorana verincə olay belə başladı.
The Shed at Dulwich hadisəsi onlayn rəylərin və promosyonların gücünə, hətta saxta restoranın necə zirvəyə qalxa və trend hekayəsinə çevrilə biləcəyinə maraqlı bir nümunədir.
Oobah Butlerin adını və soyadının mənaca kökünü axtardım amma maraqlı fikirlər çıxdı ortaya. Oobah sözü ingilis dilindən gəlsə də adın mənası bəlli deyil. Kökü çıxmır. Ad uniseksdir, həm oğlanlara həm də qızlara bu ad verilə bilər. Butlerə gəlincə, eşikağası ev təsərrüfatının baş kişi qulluqçusu kimi, çox vaxt evi idarə etmək, digər işçilərə nəzarət etmək və ev təsərrüfatına və onların qonaqlarına şəxsi xidmət göstərməkdən məsuldur. Termin əvvəlcə şərab və içkilərə cavabdeh olan şəxsə aid edilirdi.