23 yaşı var Kamran Hüseynovun. Dil kursundan yola çıxdı. Hələ 18 yaşında, Praqada. Niyə Praqa soruşunca, qardaşım burda yaşayırdı. Çexiyaya belə gəldim. İxtisasıma görə həm də. Perspektivi xarici ölkədə gördüyümə görə.
Uşaqlıqdan qapalı böyümüşəm və ünsiyyət sıxıntım var idi deyir. Çox açıqsözlüdür.
Sumqayıtdakı mühitdə oxuduğum dövrdə mühitin düşüncə forması mənə uyğun gəlmirdi. Mühitin həyat fəlsəfəsi mənə zidd idi.
Nə onlardan biri olmayacam, nə onları dəyişə bilməyəcəm, ən əlası tərk etmək idi. Bdu-ya daxil oldum amma yenə də Çexiya dedim. İlk Praqa dövrüm covid dövrü idi. Həm iş tapmaq, həm yaşamaq çətin idi. 8 ay sonra asanlaşdı həyat. İlk işim anbarda sifariş yığırdım onlayn sifariş üzərindən. Kollektor bir növü. 2 ay işlədim və çıxdım. Bütün imtihanlarımı verdim və yenidən anbara qayıtdım. Evakuator sürürdüm. Yenə 2 ay. Ostrava şəhərində Veşebe texniki universitetə qəbul oldum və çexcə oxudum. 1 il qaldım orda. Praqadan sonra Ostrava xoşuma gəlmədi. Universiteti dəyişdim, gəldim Praqaya. Proqramlaşdırma ixtisasını seçdim. Bakalavr burda Çexiyada 3 ildir. Bitirdim universiteti.
2022-ci ildə Hosteldə işə başladım. 1 il işlədim. Bu hosteldə sistem administrator işini götürmüşəm. Keçən ildən isə Maydan mətbəxi icarəyə götürmüşük qardaşımla birgə outsourceing olaraq . Düşündüm ki, insan yeməyi görməlidir və a la carte sistemindən açıq bufetə keçdik. 24 iyul keçən il bufet sisteminə keçdik və burda boom oldu. Sentyabrda aylıq 1700 satış etdik səhər yeməyi olaraq. Hətta çöldən gəlmək istəyənlər var. 200-250 faiz qalxdı satışımız. Feast craft şirkəti qurduq bu mart ayından. Şirkətin təyinatı turizm sektorunda xidmətdir. Bu işi digər hostellərə təklif etmək istərdik.
Uğurlu olmaq üçün nələrə sahib olmaqdır sualına isə, mənim uğurum varlı olmağı düşünməməkdir. Pul mənim üçün vacib olmayıb. İşi çox yaxşı görməyə çalışdım və çox işlədim, qısacası zəhmət. İşinə keyfiyyət qatmağım. Ağlım məni digərlərindən bu işdə üstün etdi. Yenə də ağıl. Çevik qərarlar və təcrübə. Diqqətli olmağım. İşin haqqını verib, təşəbbüs göstərib və məndən gözlənilməyənləri özüm etmişəm. Məsuliyyəti öz üzərimə götürmüşəm. Uşaqlıqdan gəldiyim bir qənaət var ki, insanlar və xüsusilə gənclər fikirləşmək istəmir. Düşünürdüm ki, yolu özüm tapım. Kimdənsə soruşmayım. İntravert olmağım işə yarayıb. Get ya özün fikirləş, ya da özün axtar cavabı. Bu halda insanın öz beyni işləyir. İşlətməsən, beynin işləmir. Görürəm ki, özü tapa bilər cavabı. Onda deyirəm get axtar.
İntravert insan olduğu üçün Kamran, özü də etraf edir ki, düşünməyi öyrəndim və bugün də ətrafına düşünməyin vacibliyini bildirir. Şüarı, düşünün!
2 şeyi daha çox sevirəm. Maşın sürmək və səyahət etmək. İkisini də birləşdirib bir aktivitə etmək istəyirəm. Maşın sürərərk səyahət etmək. Müstəqil düşüncə, müstəqil hal yaratmaq, nəzarətin öz əlində olması və rolun heçkimdə olmaması məni maşına çox sövq edir. Səyahət isə başqalarını görmək və onları tanımaqdır və orda nəyisə aşkarlayıb tapmaqdır. Özümə də gərəkdiyində faydası olacaq. İnformasiyanı qəbul etmək tək şərt deyil onun doğruluğunu təyin etmək çox vacibdir.
Kamranın ən sevdiyin kitab:
Steve Jobsun bioqrafiyasından bəhs edilən kitab. İstənilən problemə həll yolu tapa bilirdi. Qeyri standart fikirləşmək insan üçün vacibdir. Bu baxımdan Steve Jobsu sevirəm.
Kamran ən sevdiyi film:
Fikirləşirəm. Ancaq tapa bilmirəm.
2 unudulmaz pis hadisədən danışdıq, bir hosteldə oğurluq hadisəsi və digəri özünün çex polisinin səhvi ucbatından yaşadığı viza məsələsi
2 unudulmaz yaxşı hala gəlincə, İlk sevgini burda işimdə tapmağımdır deyir. Əsl sevgini işimdə tapmışam. Eyni zamanda işindəki catering işini qurmağı.
2 tip Azərbaycanlı ilə Praqada qarşılaşdığını deyir:
- 1 qrup həyatda nə istədiklərini yaxşı bilirlər. Çox işləməli olacaqlar bilirlər və onlar qalib gəldilər və bugün də irəlidədirlər.
- 2-ci qrup bura çox asandır gözüylə gələnlər. Bu düşüncədə davam edənlər elə ilk çıxıb gedənlər oldu. Qala bilmədilər. Bura elə də asan deyil.
Dostlar Kamran Hüseynovu tanıyın. O çox dəyərlidir. Sağol Xəlil, sayəndə bu hostelə gəlməklə bu dəyərli həmyerlimizlə də tanış oldum. Kamran sizin burda sevəcəyiniz və etibar edəcəyiniz bir insandır. Ümidvaram, başqa bir gün və bu məkanda görüşərik.