Rumın taksi şoferi ilə söhbət!

Braşovdan ayrılanda, aeroporta taksi sifariş etdim və şanslı oldum ki, gənc və ingilis dilini bilən bir yoldaşla tanış oldum. Uzun zaman İngiltərədə yaşayan yoldaş, artıq 3 ildir Braşova yerləşib. Özü isə Moldova ilə sərhəd olan Galat şəhərindəndir. Şəhərinin geri qaldığını və köhnə düşüncəli olduğunu bildirir, dahası isə komunist düşüncənin hələ də hakim olduğu fikrindədir. UK-də ev alıb, 3 il əvvəl də burda alıb. Braşov həm yayın, həm qışın şəhəridir, yəni 4 sezon şəhəridir. Ancaq Konstantin sadəcə yay şəhəridir. Yaydan o tərəfi bildiyin çılpaq həyat. Braşovun gecə həaytı da var, tıxacı yoxdur. Qiymətlər sürətlə artır və görünən odur ki, burada 3 il sonra qiymətlər Klujadakı kimi artacaq. Kluja çox bahalı və inkişaf edən şəhərdir. Qaraçısı da boldur. Pis işlər də onlarlıqdır. Qaın trafiki, narkotika və sairə.

Braşovda insanla(bütöv Rumıniyaya da aid edir) insanlar istehlaka çox meyillidir. 1000 euro qazanırsa 900 euro paltar, telefon və telefon aksesuarlarına xərclənir. 100 euro ilə fırlanır. Bu durum necə də bizə də tanış gəlir. Dəli kimi istehlak var burda. Havalimanı yenidir deyə, İspaniya və UK vətəndaşları çoxluq təşkil edir. Bütün bunlar onun dilindəndir, sadəcə sizlə bölüşürəm. 2 otaqlı ev 120 min eurodur. 3 il əvvəl 70 min euro olub. Az qalsın 2 dəfə artıb. Sibiudan da bir xeyli danışdı. Yaşanılası şəhərləndir. Bildirir ki, zamanında çox kasıb olmuşuq, ona görə belə istehlaka gənclik çox meyillidir.

Ağıllı olduğunu, bir çox şeyin fərqində olduğunu ona deyincə, həm də onlayn qaydada Uk şirkətlərinə mühasib kimi xidmət göstərdiyini bildirdi. Dahası da, taksi işini frilans kimi, boş vaxtlarında sürdüyünü və əlavə gəlir əldə etdiyini gizlətmədi.

Belə dostlar, dünya əslində eynidir, insanıyla da, duyğularıyla da, məntiqiylə də. Dünya vətəndaşı olmağa çalışaq!

Share Article:

Zaur Haciyev

Yazar & Blogger

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Rəy bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zaur Hacıyev

Zaur Hacıyev

Sahibkar/ Təlimçi

Zaur Hacıyev, sizinlə özümüzü və dünyamızı kəşf etməyə birgə çıxır.Hər birimizə uğurlar. Sloqanımız, heçkim heç zaman tək başına uğur qazana bilməz, heçkim!

Digər yazılar

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
Edit Template

Haqqımda

Özüm haqda yazmaq mənə çətin gəlir. Ancaq bu çətinlik mənim illərimin təcrübəsinə dayanır. Mən fərqindəyəm ki, nə yazıramsa və nə fikir bölüşürəmsə buna inanıram və tək qayəm faydalı olub, fayda əldə etməkdir. Yazılanlar maraq dairəmdən irəli gəlir. Sizlərə də bilik zəkatı kimi ötürürəm. Ötürmək gözəl feldir. Bacarın, siz də ötürün…

Sonuncular

  • All Post
  • Marketinq
  • Müsahibələr
  • Ordan burdan
  • Şəxsi inkişaf
WhatsApp-dan bizə yazın
1